Burak millidən getmək istədi

Burak millidən getmək istədi
DÜNYA FUTBOLU 9 İyun 2017 / 12:08 5221
-  A +

Türkiyə millisinin futbolçusu Burak Yılmaz haqda sensasiyalı xəbər yayılıb.

Qol.az-ın məlumatına görə, "Hüriyyət" qəzeti yazıb ki, yaxın dostu Arda Turanın Türkiyə yığmasını tərk etməsinə məyus olan B.Yılmaz da eyni qərarı verib. Ancaq onu bu qərarından A.Turan daşındırıb.

Qeyd edək ki, A.Turan Makedoniya ilə yoldaşlıq görüşündən sonra təyyarədə jurnalist Bilal Meşeyə hücum edərək onu ağır formada təhqir edib. Bu hərəkətinə görə o, millinin düşərgəsindən kənarlaşdırılıb. Baş verənlərdən sonra A.Turan keçirdiyi mətbuat konfransında yığmadan ayrıldığını açıqlayıb. O, bu qərarını əvvəlcədən komanda yoldaşlarına belə söyləməyib.


Son xəbərlər
11.05.24  18:57

"Barselona" onu satır