"Saçıma görə hamı mənə gülürdü" - Ronaldo

"Saçıma görə hamı mənə gülürdü" -  Ronaldo
DÜNYA FUTBOLU 8 İyun 2017 / 00:30 4873
-  A +

Brazilya futbolunun canlı əfsanəsi Ronaldo Türkiyə millisi ilə keçirilən oyun haqda illər sonra maraqlı etiraflar edib.

Qol.az-ın məlumatına görə, bu barədə İspaniya  mətbuatına danışan veteran hücumçu 2002-ci ildə keçirilən dünya çempionatının yarımfinalında Türkiyə ilə qarşılaşmadan (1:0) sonra zədəsini gizlətmək üçün qeyri-adi addıma əl atdığını bildirib.

Ronaldo həmin vaxt zədəsini unutdurmaq üçün saçını kəsdirdiyini qeyd edib: “Yarımfinalda Türkiyə ilə üz-üzə gəlirdik. Ayağımda ağrılar var idi. Mətbuat zədəli olduğumu hiss etdi və bu barədə danışmağa başladılar. Bu, yaxşı hal deyildi. Matçdan sonra saçımı kəsdirdim. Komanda yoldaşlarımın hamısı oteldə mənə gülürdü. Ancaq gördüm ki, zədəli olduğumu hamı unudub. Nəticədə finalı rahat keçirdim”.

Xatırladaq ki, mundialın final oyununda Almaniya ilə qarşılaşan Braziliya millisi Ronaldonun qolları ilə 2:0 hesablı qələbə qazanmışdı.

Son xəbərlər
15.12.25  10:51

Zubirin yubiley oyunu