“Ardanın burda dostu yoxdur, hamı getməsini istəyir”

“Ardanın burda dostu yoxdur, hamı getməsini istəyir”
GÜNDƏM 7 İyun 2017 / 13:22 9431
-  A +

“Barselona” gözləyir ki, bir klub gəlib, Arda Turanı 30 milyon avroya alsın. Luis Enrikenin vaxtında transfer olundu, ancaq həmin vaxtda da çox şans qazana bilmədi”.

Qol.az-ın məlumatına görə, bu sözləri məşhur “goal.com” saytının Barselonadakı müxbiri İqnasi Oliva Arda Turan haqqında danışarkən deyib.

O, türkiyəli yarımmüdafiəçinin Barselonada sevilmədiyini bildirib: “Rəhbərlik Ardadan gəlir əldə etmək istəyir. O, “Barselona”ya gəldiyi gündən bir dəfə mətbuat konfransı keçirməyib, jurnalistlərin suallarını cavablandırmayıb. Heç kimə salam da verməyib. Onun burda dostu yoxdur. Hər kəs Ardanın getməsini istəyir”.

Qeyd edək ki, Ardanın "Barselona" ilə 2020-ci ilə qədər müqaviləsi var.

Xatırladaq ki, jurnalist Bilal Meşeni ağır formada təhqir etdiyi üçün Türkiyə millisindən qovulan 30 yaşlı futbolçu daha sonra yığmadakı karyerasını başa vurduğunu açıqlayıb.

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu