Levandovski bundesliqanın ən yaxşı oyunçusu seçildi

Levandovski bundesliqanın ən yaxşı oyunçusu seçildi
DÜNYA FUTBOLU 6 İyun 2017 / 13:46 1859
-  A +

Almaniya bundesliqasında 2016/2017 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

Qol.az-ın məlumatına görə, "Kicker" nəşrinin bundesliqanın 248 oyunçusu arasında keçirdiyi səsvermənin yekun nəticəsinə əsasən, "Bavariya"nın hücumçusu Robert Levandovski birinci olub. O, 25 faiz səs toplayıb.
"Leyptsiq"in yarımmüdafiəçisi Nabi Keyta ikinci (15.7 faiz səs), "Borussiya"nın hücumçusu Pyer-Emerik Obameyanq üçüncü (10.5 faiz) pillədə qərarlaşıb.

Qeyd edək ki, R.Levandovski son mövsüm bundesliqdaa 33 matçda 30 qol vurub, 5 qolun ötürməsini verib.


Son xəbərlər