"Real"la oynamaq şərəfdir" - Mourinyo

"Real"la oynamaq şərəfdir" - Mourinyo
DÜNYA FUTBOLU 6 İyun 2017 / 12:47 4361
-  A +

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo UEFA superkubokunda "Real"la keçirəcəkləri oyun haqda açıqlama verib.

Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, portuqaliyalı mütəxəssis Madrid klubu ilə matçıb onlar üçün şərəf olacağını deyib:

"Avropanın ən yaxşı komandasına qarşı oynamaq şərəfdir. Bu, bizim üçün böyük fürsətdir. Oyunçularımın çoxu üçün Çempionlar Liqası öncəsi yaxşı təcrübə olacaq. Bundan başqa, mövsümün əvvəli "Barselona" və "Mançester Siti" ilə yoxlama matçlarımız olacaq".

Qeyd edək ki, "Real" - "Mançester Yunayted" görüşü avqustun 8-i Skopyedə keçiriləcək.


Son xəbərlər