“Zidanla yalnız saçımız oxşardır” – Qvardiola

“Zidanla yalnız saçımız oxşardır” – Qvardiola
DÜNYA FUTBOLU 5 İyun 2017 / 15:58 4971
-  A +

“Mançenter Siti”nin baş məşqçisi Xosep Qvardiola “Real”a Çempionlar Liqasını qazandıran Zinəddin Zidanla bağlı fikirlər səsləndirib.

Qol.az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, o, fransalı mütəxəssisi güclü məşqçi adlandırıb:

“Onunla aramızda nə cür müqayisə apara bilərəm? Biz yalnız saçımıza görə bir-birimizə oxşayırıq. Zidan futbolçu kimi də başqa səviyyədə oyunçu idi. Mən Zidana görə şadam. O, əla iş görüb. Çempionlar Liqasındakı layiqli qələbəyə görə həmkarımı təbrik edirəm”.


Qarabağ FK
Son xəbərlər
topaz banner