“Gələn mövsüm “Yuventus” daha qətiyyətli olacaq” – Alleqri

“Gələn mövsüm “Yuventus” daha qətiyyətli olacaq” –  Alleqri
DÜNYA FUTBOLU 4 İyun 2017 / 02:15 6810
-  A +

“Son 7 ildə gördüyümüz işlərə görə qürur duyuruq. Biz bu müddət ərzində Avropanın top klubuna çevrildik”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Yuventus”un baş məşqçisi Massimilano Alleqri Çempionlar Liqasının finalında “Real”a uduzduqları oyundan (1:4) sonra deyib.

O, İtaliya mətbuatına açıqlamasında ruhdan düşmədiklərini və gələn mövsüm daha da güclü olacaqlarını bildirib: “Bilirik ki, Çempionlar Liqasını qazanmaq üçün daha nələrsə etməliyik. Kimsə bizim gələn mövsüm Çempionlar Liqasına motivasiya ola bilməyəcəyimizi düşünürsə, onlara demək istəyirəm ki, biz daha da qətiyyətli olacağıq”.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq