Zidandan çempionluq şərhi

Zidandan çempionluq şərhi
DÜNYA FUTBOLU 4 İyun 2017 / 02:12 7857
-  A +

“Bizim üçün əla mövsüm oldu. Bütün futbolçuları və bu böyük klubu təbrik etmək lazımdır”.

Qol.az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, bunu “Real”ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının finalında “Yuventus”a qalib gəldikləri oyundan (4:1) sonra deyib.

Fransalı mütəxəssis komandasından razılığını ifadə edib: “Bizdə potensiallı futbolçular var. Bir qədər də çalışsaq, daha çox uğur qazanarıq. Mən xoşbəxtəm. Bəlkə də üzümə baxanda bu hiss olunmur, ancaq inanın ki, komandamdan çox razıyam”.

Zidan “sizi dünyanın ən yaxşı baş məşqçisi adlandırmaq olar?” sualını qısa cavablandırıb: “Yox-yox, siz nə danışırsız”.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq