Avropanın ən güclüsü "Real"dır!

Avropanın ən güclüsü "Real"dır!
DÜNYA FUTBOLU 4 İyun 2017 / 00:39 14589
-  A +

Bu gün Çempionlar Liqasında 2016/17 mövsümünə yekun vurulub.

Qol.az-ın məlumatına görə, Kardiffdə keçirilən finalda turnirin son qalibi “Real” “Yuventus”la üz-üz gəlib.

“Kral klubu” buna qədər son 3 mövsümdən 2-də, ümumilikdə isə 11 dəfə Çempionlar Liqasının qalibi olmuşdu. Son 5 finalın hamısında qalib gələn Madrid klubu bu dəfə də ənənəsinə sadiq qalıb. Zinəddin Zidanın komandası 4:1 hesablı qələbə ilə Avropanın ən güclüsü adını qazanıb.

Qeyd edək ki, bu qələbə ilə "Real" həm də ÇL-in tarixində düşüb. İndiyədək heç bir klub ardıcıl iki il ÇL-in qalibi olmamışdı.


Çempionlar Liqası

FİNAL

3 iyun

“Yuventus” (İtaliya) - “Real” (İspaniya) - 1:4
Qollar:
Ronaldo, 20 (0:1), Mandzukiç, 27 (1:1), Kazemiro, 61 (1:2), Ronaldo, 64 (1:3), Asensio, 90 (1:4)
Qırmızı vərəqə: Kuadrado, 84 ("Yuventus")
Baş hakim: Feliks Brix (Almaniya)
Kardif. “Millenium”

Son xəbərlər
15.12.25  10:51

Zubirin yubiley oyunu