Final öncəsi zədələndi - Kardiffdə oynamayacaq

Final öncəsi zədələndi - Kardiffdə oynamayacaq
DÜNYA FUTBOLU 2 İyun 2017 / 11:51 5490
-  A +

"Yuventus"un futbolçusu Stefano Sturaro zədələnib.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, o, dünənki məşqdə ombasından zədə alıb. Buna baxmayaraq, 24 yaşlı yarımmüdafiəçi Turin təmsilçisi ilə Kardiffə gedəcək.

Ancaq onun  Çempionlar Liqasının finalında "Real"a qarşı matçda oynayacağı gözlənilmir.

Qeyd edək ki, "Yuventus" - "Real" görüşü sabah, Uelsin paytaxtı Kardiffdəki "Millenium" stadionunda keçiriləcək.

 


Son xəbərlər
15.12.25  10:51

Zubirin yubiley oyunu