Bu gün IV İslam Həmrəyliyi Oyunlarında güləş yarışlarına yekun vurulacaq.
Qol.az-ın xəbərinə görə, son yarış günündə qadın güləşçilər medallar uğrunda mübarizə aparır.
48 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Mariya Stadnik ilk olaraq əlcəzairli Keyra Yahyaui ilə qarşılaşıb və parlaq qələbə qazanıb.
53 kq çəkidə yarına idmançımız Leyla Qurbanova cəmi 3 güləşçinin iştirak etdiyi yarışda çıxış edib. Əvvəlcə türkiyəli Burcu Kebiçə qalib gələn təmsilçimiz ardınca qazaxıstanlı Aygül Nuralimi məğlub edib. Bununla da idmançımız İslamiadanın qalibi olub.
55 kq çəkidə yarışan Natalya Sinişinin ilk rəqibi qazaxıstanlı Emma Tissina olub. Rəqibinə qalib gələn idmançımız növbəti görüşündə Nigeriya təmsilçisi Odunoyu Adekuoroyeyə uduzub.
58 kq çəkidə ölkəmizi təmsil edən Alyona Kolesniki ilk olaraq türkiyəli Dərya Bayhanla üz-üzə gəlib və təcrübəli rəqibinə qalib gəlib.
60 kq çəki dərcəsində yarışan Tetyana Omelçenko ilk cəhdində kamerunlu Tiako Essombeni asanlıqla üstələyib.
63 kq çəkidə ölkəmizi Elmira Qəmbərova təmsil edib. O, ilk görüşündə Blessinq Oborududuya (Nigeriya) uduzub. Güləşçimiz bürünc medal uğrunda görüşdə kamerunlu Etane Nqolle ilə qarşılaşıb və 8:0 hesablı qələbə qazanıb.
69 kq mübarizə aparan Elis Manolova isə turnirə 1/4 finaldan start verib. O, kamerunlu Blandin Epanqa Metala ilə mübarizədən qalib ayrılıb. Yarımfinaldakı rəqib isə türkiyəli Buse Tosun olub. İdmançımız türk rəqibi ilə görüşdə 4:10 hesabı ilə geri düşsə də, sona saniyələr qalmış rəqibin kürəyini xalçaya sıxaraq təmiz qələbə ilə finala yüksəlib. O, finalda qazaxıstanlı Jamila Bakbergenova ilə qarşılaşacaq.
75 kq çəkidə təmsilçimiz Səbirə Əliyeva ilk görüşünü qazaxıstanlı İrina Kazyulinaya qarşı keçirib. İdmançımız vaxtından əvvəl qələbə qazanıb. O, qrupdakı ikinci görüşündə misirli Hamza Samarla qarşılaşıb. Bu rəqibinə uduzan idmançımız üçüncü görüşdə qırğızıstanlı Aypəri Mədətqızına uduzub.
Qeyd edək ki, kişilərin yunan-Roma və sərbəst güləş yarışlarında komandamız 8 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıb.
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır