“İki oyunda “Barselona”dan qol buraxmamaq inanılmazdır” – Alleqri

“İki oyunda “Barselona”dan qol buraxmamaq inanılmazdır” –  Alleqri
GÜNDƏM 20 Aprel 2017 / 02:15 6368
-  A +

“Bu mövsüm etdikləri hər şey üçün oyunçularımı tərifləməliyəm. Yarımfinalda oynamağa haqq qazanaraq irəliyə doğru inamlı addım atdıq”.

Qol.az-ın xəbərinə görə, bu sözləri “Yuventus”Un baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının 1/4 final mərhələsinin “Barselona” ilə cavab oyunundan (0:0) sonra deyib.

O, “Barselona”nı mübarizədən kənarlaşdırmağın inanılmaz olduğunu bildirib: “Bu gün çox yaxşı müdafiə olunduq, sadəcə hücumda bir az dəqiqlik çatmadı. İki oyunda “Barselona”dan qol buraxmamaq inanılmazdır. Biz hər zaman öz üzərimizdə işləyirik, futbolçular da anlamalıdırlar ki, daha yaxşısını da etmək olar”.

Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq