“Olimpik” və milli komandanın müdafiəçisi Mahir Şükürovun Qol.Az saytına müsahibəsi
- Hazırda “Olimpik”də məşqlər necə gedir?
- Bir həftəyə yaxın idi ki, məşq edirdik. Bunun üçün bu gün ikitərəfli matçda qüvvəmizi sınadıq. Oyundan sonra baş məşqçi Əsgər Abdullayev komandanı istirahətə buraxdı. İki günlük fasilədən sonra kollektiv yenidən bir araya gələcək.
- Növbəti təlim-məşq həftəsini harda keçirəcəksiniz?
- Yenə “Kayseri” mehmanxanasında qalacağıq. Məşqlərimizi isə Azərbaycan Dövlət Bədən Tərbiyyəsi İdman Akademiyasının stadionunda keçəcəyik. Bir həftəlik məşqin sonunda yenidən yoxlama matçında qüvvəmizi sınayacağıq. Daha sonra isə Türkiyəyə gedəcəyik.
- Ümumiyyətlə, komandanın məşqlərində necə çıxış edirsən?
- Mən hər dəfə məşqçilərin verdiyi bütün tapşırıqları yerinə yetirmişəm. Necə təsir bağışladığımı isə hər halda baş məşqçi Əsgər Abdullayev yaxşı bilər.
- Bəs, Premyer Liqanın birinci dövrəsində, eləcə də milli komandanın 2008-ci ildəki təlim-məşq toplanışında öz çıxışlarını necə qiymətləndirərdin?
- Çalışmışam, komandamızın hər oyununda yaxşı oynayım, kollektiv üçün nəsə edim. Komanda yoldaşlarımın buraxdıqları səhvləri sığortalayım. Ümumi götürəndə pis təsir bağışlamamışam. Milliyə gəldikdə isə burada normal oynamışam. Ancaq bundan da artığını edə bilərəm.
- Uğurlu çıxışların daha çox hansı düşərgədə alınıb?
- Yığmada oyunum kluba nisbətən yaxşı olub. Ancaq bunun səbəbini bilmirəm. Buna görə də suala sonadək cavab verə bilmirəm.
- Deyəsən, Berti Foqtsın keçdiyi məşq və ya verdiyi tapşırıqlar, Əsgər Abdullayevin klubda keçdiyi hazırlıqdan daha tez qəbulediləndir...
- Yox, sizin belə düşünməyiniz düzgün deyil. Hər iki çalışdırıcı əla məşqçidir. Hərəsinin öz taktikası, məşq prosesi var. Bunları müqayisə etməyi düzgün saymıram. Ancaq bilmirəm nəyə görə, nədənsə, millidə oynayanda məni daha çox tərifləyirlər. Bütün qəzetlər, saytlar, bir sözlə mətbuat səhifələrindən düşmürəm. Məni görən idman adamları da deyir ki, “Mahir, sən yığmada yaxşı oynadın”. Amma klubdakı çıxışımdan sonra bunu az adam söyləyir.
- “Olimpik”dən ayrılmaq fikrinə düşməmisən?
- Xeyr. Mənim “Olimpik”lə yaya kimi müqaviləm var. Buradan ayrılmağı düşünmürəm. Bizim komandanın bir çox böyük planları var. Bunların gerçəkləşməsini arzulayıram.
- Türkiyənin superliqasında çıxış edən bir komandadan təklif almağın doğrudur?
- Mən də bu barədə eşitmişəm. Ancaq konkret təklif gəlməyib. Sizin kimi kənardan deyiblər ki, filan türk komandası səni transfer etmək arzusundadır. Vallah nə deyim? Konkret nəsə olsa, gizlətmərəm. Ümumiyyətlə əgər belə bir təklif olsa, məmuniyyətlə qəbul edərəm.
- Məlumata əsasən, “Olimpik”in Antalyadakı təlim-məşq toplanışı zamanı sən həmin türk komandasının düşərgəsində baxışda olacaqsan?
- Açığını deyim çox təəcübləndim. Çünki heç nədən xəbərim yoxdur. Amma kimlərsə mənim üçün planlar cızıb. Hər halda yaşayarıq, görərik. Belə baxanda Türkiyə superliqasında oynamaq istəyirəm. Hazırkı vəziyyətdə isə “Olimpik”də qazanılası uğurlarımın dalınca gedirəm.
- Komandanızın konkret məqsədi nədir?
- Biz ötən mövsüm çempion olmaq istəyirdik. Ancaq alınmadı. Bu səbəbdən rəhbərlik bu dəfə qızıl medalları qazanmağımızı istəyir. Buna görə komanda hər kəs canla-başla çalışır.
- Səncə, “Olimpik” üçün bu arzunu gerçəkləşdirmək mümkün olacaq?
- Açığı, çətindir. Amma biz yenə də mübarizə aparacağıq. Hər şey futbolçulardan asılıdır. Biz yaxşı oynasaq, qələbələrin ardı gələcək. Nəticədə də çempion olacağıq.
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video
Kloppdan gözlənilməz məğlubiyyətə münasibət
Çimərlik güləşində tarixi uğur
İsrail - İrlandiya matçında diqqətçəkən etiraz
Ronaldo 18 il sonra ilk dəfə...
"Daha yaxşı "Qəbələ" görəcəyik" - Yeton Bekiri
Almaniya uduzdu, Niderland və Portuqaliyadan qələbə
"Bizim üçün göz oxşayan matç deyildi" - Edqaras Yankauskas
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki