“Zirə” Topaz Premyer Liqanın 12-ci turunda səfərdə “Qəbələ”nin qonağı olacaq. Komandanın baş məşqçisi Adil Şükürov oyun öncəsi Qol.az-ın suallarını cavablandırıb
- “Qəbələ” cari mövsüm Premyer Liqada uduzmayan yeganə komandadır. Liderlə oyundan əvvəl sizi ən çox nə qayğılandırır?
- Komandada hər şey normaldır. Şükürlər olsun ki, cəzalı və zədəli futbolçumuz yoxdur. Tam heyətlə hazırlaşmışıq. Rəqibin nəticələrini bilirik. Biz də əlimizdən gələni edəcəyik ki, səfərdən 3 xalla qayıdaq. Komandama inanıram. Bilirəm ki, sona qədər “döyüşəcək”lər. Bizə də üç xal qazanmaq vacibdir. Rəqibin gücünə hər kəs bələddir. Çalışacağıq ki, layiqli mübarizə aparaq.
- Artıq qış fasiləsinə az qalıb. Komandanızın çıxışı sizi qane edir, yoxsa “Zirə” daha yuxarı pillədə olmalıydı?
- Biz keçən ildən deyirik ki, komandamızı formalaşdırmalıyıq. Bu gün də görürük ki, düzgün yoldayıq. Əsas məqsəd komandanı qurmaqdır. Bilirsiniz ki, bunun üçün zaman lazımdır. Qismən də olsa məqsədimizə nail olmuşuq.
- “Zirə” mövsümə yaxşı başlamadı...
- Heyətdə xeyli dəyişiklik oldu. Belə olan halda uğursuz startı təbii qarşılamaq lazımdır. Artıq ikinci dövrənin sonlarına yaxın komandamız öz oyununu tapmaqdadır. İndi bu oyun üslubumuzu daha da təkmilləşdirməliyik.
- “Zirə” oyun baxımından əksər rəqiblərindən geri qalmasa da, qol vurmaqda çətinlik çəkir.
- Bəli, komanda son nöqtəni qoymaqda çətinlik çəkir. Bunun üzərində işləyirik. Uşaqlar çalışır ki, bu çatışmazlığı aradan qaldırsınlar.
- Ümumi götürəndə komanda hələ ki, ötənilki çıxışını göstərə bilmir. Razısınız?
- Əlbəttə. Yadınızdadırsa, ötən mövsüm əsas xalları 3-cü dövrədə toplamışdıq. Onda da ilk dövrələrdə komanda formalaşmağa başlamışdı. Qış fasiləsindən sonra isə artıq oyun üslubumuzu tapmışdıq. İndi də 1-ci və 2-ci dövrə arasında böyük fərq oldu. Düşünürəm ki, komandamız qış fasiləsindən sonra daha yaxşı çıxış edəcək və ötənilki gücünü qaytaracaq.
- Ötən illə müqayisədə “Zirə” bu il daha motivasiyalı olmalıdır. Çünki indi Avroliqada iştirak futbolçuların özlərindən asılıdır. Komandada bu istək var?
- Təbii ki, hər bir futbolçu komandaya gəlməmişdən əvvəl ilk növbədə öz karyerasını düşünür. Ona görə də futbolçularda bu istəyin olduğunu deyə bilərik. Bu istəyi oyuna çevirmək üçün isə qeyd etdiyim kimi, bir az vaxt lazımdır. Tədricən o vaxt da gəlib çatır. Bundan sonra “Zirə”nin daha yaxşı oynadığını görəcəksiniz.
Ramiq AĞAMƏMMƏDOV
“Sabah” "Orhus"a qarşı
"Barselona" ilə matçın bilet satışı dayandırıldı
La Liqa klubu ev oyununu başqa stadionda keçirə bilər
"Barselona"nın müdafiəçisi "Liverpul"da - Rəsmi
Bezos "Liverpul"un səhmlərini almağa hazırlaşır
"Sabah"ın "Orhus"la oyunöncəsi son məşqindən - Şəkillər
Baş məşqçi rəhbərlikdən narazıdır
"Kəpəz" onu geri qaytardı
"Fasilə bizə çox yaxşı təsir etdi" - "Orhus"un baş məşqçisi
"Mənim heç vaxt istirahətə ehtiyacım yoxdur"
“Qəbələ” braziliyalı müdafiəçi transfer etdi
"Bu matça daha yaxşı hazırlaşmışıq" - "Sabah"ın futbolçusu
AFFA rəsmisi Tbilisidə stadionu qiymətləndirdi
"Barselona"da itki
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Mançester Siti" futbolçusunu icarəyə verdi
"Sabah"dan ayrılan futbolçu "Araz-Naxçıvan"da
“Barselona” Torres üçün 65 milyon avro istəyir
"Mənim üçün İnfantino dövrü çoxdan geridə qalıb"
"Liverpul"la razılaşdı
"Neftçi"nin hücumçusu "Araz-Naxçıvan"da
Misli Premyer Liqasında 1-ci tur - Nə vaxt və harada?
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
“Sumqayıt” - “Neftçi” oyununun yeri dəyişdirildi
Tanınmış futbolçu "Boka Xuniors"da
Mourinyo "Mançester Yunayted"ə niyə "yox" deyib?
Azərbaycandan Hindistana üz tutdu - Rəsmi
İki boksçumuz qızıl medal qazandı