"Qarabağ"ın 1200-cü qolunu vurdu

"Qarabağ"ın 1200-cü qolunu vurdu
ÖLKƏ FUTBOLU 16 Fevral 2020 / 20:20 2195
-  A +

“Qarabağ” Azərbaycan çempionatları tarixində 1200-cü qolunu vurub.
 
Qol.az xəbər verir ki, bu, Premyer Liqanın 17-ci turunda baş verib. “Zirə” ilə oyunadək hesabında 1195 qol olan Ağdam klubu 6:0 hesabı ilə qalib gəlib. Səfərdə vurulan 5-ci top tarixə 1200-cü kimi düşüb. Yubiley qoluna 61-ci dəqiqədə Abdullah Zubir imza atıb.

Xatırladaq ki, “Qarabağ”ın ilk qolu 1992-ci ildə Sabirabad “İnşaatçı”sı ilə ev matçına təsadüf edib. Hesabı açan Mehman Alışanov həm klubun, həm də ölkə çempionatları tarixinin ilk qolunun müəllifi olub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner