Antalyada təlim-məşq toplanışında olan “Neftçi”nin baş məşqçisi Vaqif Sadıqovun Qol.Az-a müsahibəsi
- Bu gün Rumıniyanın “Konkordiya” klubuna qarşı yoxlamaya matçı oynadınız. Təəssüratlarınız necədir?
- Komandamız oyunu çox yüksək səviyyədə keçirdi. İlk dəqiqələrdən üstünlüyü ələ aldıq. Nəticədə tezliklə hesabı açdıq. Fasilədən sonra komandamız daha iki qol vuraraq, qələbə qazandı.
- Baxışda olan futbolçular bu matçda necə təsir bağışladılar?
- Özlərini yaxşı tərəfdən göstərmək üçün bütün güclərini meydanda qoydular. Elə ilk qolu da Voskoboynikov vurdu. Eyni zamanda Alekseyevlə Abramidze də yaxşı təsir bağışladılar.
- Üç futbolçunun komandada qalacağını dəqiq söyləmək olar?
- İndidən qəti söz demək olmaz. Düzdür, onlar özlərini yaxşı tərəfdən göstərirlər. Hər üçü yaxşı futbolçudur. Amma dəqiq olaraq komandada qalıb-qalmayacaqlarını indidən deyə bilmərəm. Qarşıdakı 1-2 gündə onların taleyinə aydınlıq gələcək.
- Voskoboynikov, Alekseyev və Abramidzedən başqa hansısa futbolçunun yenidən baxışa dəvət olunması mümkündür?
- Bundan sonra çətin ki, kimisə dəvət edək. Çünki toplanışın sonuna az qalıb. Gələn futbolçu gərək yüksək səviyyədə hazır olsun. İndiki halda isə belə futbolçu tapmaq bir qədər çətindir. Adını çəkdiyim üç futbolçu hazırlığın ilk günündən bizimlə bir yerdədirlər. Mən onlara, onlar da mənə yaxından bələddirlər.
- Əli Cansunun komandaya qayıdacağı da deyilir...
- Bu haqda heç nə deyə bilmərəm. Çünki o bizimlə birlikdə məşq etməyib.
- Bir müddət əvvəl əməliyyat keçirən Ruslan Abışovun durumu nə yerdədir?
- Ruslan artıq komanda ilə birgə məşq edir. Özü də tezliklə əvvəlki formasını bərpa etmək istəyir. Buna görə də məşqlərdə var gücünü ortaya qoyur.
- Əvəzedici heyətdən əsas komandanın hazırlığına cəlb etdiyiniz gənc futbolçular necə təsir bağışlayırlar?
- Digərləri kimi onlar da bütün gücləriylə məşqlərdə çalışırlar. Biz onları gələcək üçün nəzərdə tutmuşuq. Bununla belə, özlərini göstərəcəkləri halda əsas heyətdə yer almaları mümkündür.
- Növbəti yoxlama oyununu “Amkar”a qarşı keçirməli idiniz. Amma bu görüşün baş tutmayacağı dəqiqdir. Son hazırlıq matçında hansı komandayla qarşılaşacağınız qətiləşib?
- Həqiqətən də “Amkar”la razılığa gəlmişdik.Lakin sonradan Rusiya klubu təlim-məşq toplanışını vaxtından əvvəl başa vurdu. Hazırda iki komandayla danışıqlar gedir. Hər ikisi güclü komandadır. Ya “Şaxtyor”la, ya da “Styaua” ilə qarşılaşağıq.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik