“Zirə”nin gənc futbolçusu Nicat Süleymanov Qol.az saytına müsahibə verib. Ötən tur komandasında ilk qollarını vuran 20 yaşlı yarımmüdafiəçi hisslərini bölüşüb.
- “Sabah”la matçda komandada ilk qolunu vurdun, daha sonra da dubl etdin. Qollarını kimə həsr etdin?
- İlk qollarımı vurduğum üçün çox sevincliyəm. Çox gözəl hisslərdir. Amma əsas son dəqiqələrdə komandama 1 xal qazandırdığım üçün sevindim. Məncə, hər kəs futbolu ailəsinə görə oynayır. Mən də ilk vurduğum qolları ailəmə həsr edirəm.
- Bu vurduğun qollar səni gələcək oyulara motivasiya edəcəyini düşünürsən?
- Əlbəttə. Vurduğum qollar özümə inamımı daha çox artırıb. Ümid edirəm ki, bu motivasiya qarşıdakı oyunlarda mənə xeyir verəcək və mən də komandama kömək edəcəyəm.
- 9 turdan sonra 9 xalla 6-cı pillədə qərarlaşmısınız. Yuxarı pillələr uğrunda mübarizə çətin olmayacaq?
- Çox yaxşı heyətimiz var. Qarşıda hələ çox oyun var. İnanıram ki, çempionatı yaxşı pillələrdə bitirəcəyik. Hər bir komandanın da istəyi budur. Yəni, çempionatı yuxarı pillələrdə başa vurmaq. Biz də yuxarı pillələrə çıxıb, avrokuboklara vəsiqə qazanmaq istəyirik.
- Bəzən futbol adamları şikayətlənirlər ki, əsas millidə 20-21 yaşlı futbolçular demək olar ki, yoxdur. Bunun səbəbin nədə görürsən? Əsas klublarda belə limitdən kənar gənc futbolçular oynamır. Bizim məşqçilər cavan uşaqlara etimad göstərmirlər, yoxsa futbolçular o səviyəyə çatmayıblar?
- Məşqçilərin qərarı haqda nəsə demək mənə düşməz. Hər bir məşqçinin fikrinə hörmətlə yanaşıram. Mən də istərdim ki, bütün klublarımızda gənc futbolçular şans qazansın, oynasın. Düşünürəm ki, bizim çempionatda yetərincə istedadlı gənc futbolçu var. Sadəcə, onlar özlərini sübut etdirmək üçün şans qazanmaları lazımdır.
- Son 2 görüşdə U-21-ə dəvət almamısan. Səncə, nə üçün çağırılmamısan?
- Məşqçinin qərarına hörmət edirəm. Futbolçunun işi öz üzərində işləyib, yaxşı oyun sərgiləməkdir. Mən də əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Baş məşqçi nə vaxt mənə şans versə, ölkəm, bayrağım üçün meydanda canımı qoymağa hazıram.
- Adətən gənc futbolçulara limitə görə şans verilir. Səncə, bu, gənc futbolçuların inkişafına nə dərəcədə təsir?
- Bir şeyə sevinirəm ki, limitə görə oynayan gənc futbolçular hamısı özünü doğruldur. İnanıram ki, bu futbolçular yaxın 1-2 ildə limit hesabına yox, öz güclərinə oynayacaqlar.
Məftun RƏSULZADƏ
Lukaku "Napoli"dən gedir
Millətlər Kubokunun matç qaydalarına dəyişikliklər ediləcək
Noyer geri dönür
Ofsayd qərarları artıq "robot"lara həvalə olunur
İtaliya klubu tarixinin ən pis mövsümlərindən birini keçirir
Azərbaycan millisinin məşqindən - Şəkillər
“Qaradağ Lökbatan”ın 7 qollu qələbəsindən - Video
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Belarus yığması Ermənistana qalib gəldi
Xavi "Barselona"ya qayıda bilməyəcək
"Tanımadığımız rəqiblərlə oynamaq yaxşıdır" - Ayxan Abbasov
“Tottenhem” baş məşqçisini istefaya göndərdi
CAF-in baş katibi istefa verdi
Azərbaycan çempionatında mükafat qazandılar
"Qolum sınsa da, döyüşməyə davam etdim" - Tofiq Musayev
Yalnız “Quba” və “Qaradağ Lökbatan” qələbəyə sevindi
AFFA nümayəndələri RFİ-nin tədbirində iştirak ediblər
Neymar səfər matçlarından imtina etdi
UEFA-dan Babək Quliyevə yeni təyinat
"Hakimlər "Real"a kömək edir" - "Barselona"nın prezidenti
Kosovo - Türkiyə matçının hakimləri açıqlandı
Mirça Luçesku huşunu itirdi, xəstəxanaya yerləşdirildi
Karyerasının son oyununda qol vurdu
Bu şərti qəbul etsə, "Barselona"da qalacaq
Klopp “Enfild”ə qayıtdı - Video
Bu yarışda qalib Medina-Montiel cütlüyü oldu - Video
Kasemiro bu kluba keçir
Futbol tarixində ən bahalı qadın oyunçu oldu