“Qəbələ”nin yarımmüdafiəçisi Qismət Alıyev Qol.az saytına müsahibə verib. O, “Qarabağ”la oyundan, komandasının çempionatdakı ümumi durumundan danışıb.
- “Qarabağ”dan xal aldıqdan sonra komandanızda ab-hava necedir?
- “Qarabağ”ı hamımız tanıyırq. Bizə qədərki 7 oyunda maksimum nəticə qazanmışdılar. “Qarabağ”ın səviyyəsi digər komandalardan bəlkə də, 2 qat yüksəkdir. Düşünürəm ki, komanda şəklində oyuna yaxşı hazırlaşıb, rəqibimizi doğru analiz etmişdik. Heç-heçə pis nəticə deyil. “Qarabağ” kimi komandadan 1 xal aldıq.
- Heç-heçəni qələbəyə bərabər saymaq olarmı?
- Vəziyyətimiz o qədər də yaxşı deyil. Bu 1 xal bəlkə də çempionatın gedişində bizim üçün çox önəmli ola bilər. Məncə də, “Qarabağ” kimi komandaya qarşı bu heç-heçəni qələbəyə bərabər saymaq olar.
- Bu cür oyuna görə azarkeşləriniz sona qədər qalıb, sizi alqışlamalıydılar. Ancaq bir çoxu oyun bitməmiş meydanı tərk etdi.
- Bunu siz dediniz, amma mənim heç yadıma düşmürdü ki, azarkeşlər alqışlayıb, yoxsa yox. Yəni, bunu mən görməmişəm. Azarkeşlərimiz də komandanın vəziyyətini bilirlər. Bu oyuna azarkeşlər gəlsə də, gəlməsə də istədik ki, mütləq xal qazanaq. Ancaq “Qarabağ”la oyunlarda ilk dəfə azarkeşlərin bu qədər az gəldiyini görürdüm. Ən çox azarkeş gəlməli oyun bu idi. Bəlkə də, azarkeşlər fikirləşirlər ki, komanda yaxşı vəziyyətdə deyil, ona görə gəlmirlər. Ancaq yenə də hamısı çox sağ olsunlar. Bu oyun olmasa da, digər oyunlarda gəlib, dəstək olublar. Amma bu oyundan sonra inanıram ki, daha çox azarkeş dəstək olacaq. Çünki “Qarabağ”dan 1 xal almağımız onlar üçün bəlkə də böyük bir şeydir.
- Oyunda komandanın yeganə qolunu sən vurdun. Asmir Beqoviç kimi bir məhşur qapıçıya qol vurmaq necə hissdir?
- Beqoviç yox, başqa qapıçı olsa da, bu qolun əsas əhəmiyyəti qazandığımız xaldır. İlk qolumu "Qarabağ” kimi komandaya vurdum. Əsas məsələ isə komandamız xal qazandı.
- Beqoviçə qol vuracağını gözləyirdinmi?
- Beqoviçin adı-sanı önəmli deyil. Xal qazanmağımız önəmli idi. Hər oyunda futbolçu qol vurmaq istəyər. Mənə də qol vurmaq “Qarabağ”la oyunda qismət oldu. Yenə deyirəm, mənim üçün sevindirici hal lider komandaya qol vurub, onlardan xal almaqdır.
- “Qarabağ”la heç-heçəyə görə sizə mükafat verildi?
- Oyundan sonra rəhbərlik bizi təbrik etdi. Amma mükafat olmayıb, böyük ehtimalla olar. Bu barədə heç kim heç nə danışmadı.
- Ümumiyyətlə, klubda maaliyyə durumu çətinləşdikdən sonra mükafatlar olur?
- Komandada maaliyyə cəhətdən heç bir problem yoxdur. Yəni, qələbə qazananda mükafatlar olur. Rəhbərliyimiz çox sağ olsun, hər şeyi öz qaydasına qoyub.
- Yeni baş məşqçi gəldikdən sonra 6 xal yığmısınız. Elmar Baxşıyev komandada nələri dəyişib?
- Hansısa məşqçini tərifləyib, başqa birin də pisləmək düz çıxmaz. Bundan öncəki məşqçi də nəyi tapşırırdısa, onu da yerinə yetirirdik. Fərqi yoxdur, istər Sənan müəllim, istərsə də Elmar müəllim olsun, bizim işimiz tapşırıqları yerinə yetirməkdir. Bundan öncə ola bilər ki, Sənan müəllimdə hardasa nəsə alınmaya bilər. Elmar müəllim də komandanın içində idi və bəlkə də, zəif nöqtələri görüb, bizi onun üzərində çalışdırdı. Elmar müəllimin ilk gəldiyi gündən qələbəylə başladıq. Komandaya 1 qələbə lazım idi. Bəlkə də, Sənan müəllimlə də 1 qələbə qazansaydıq, hər şey başqa cür ola bilərdi. Qazandığımız 3 xaldan sonra komandada əhval-ruhiyyə yüksəldi. Başladıq bir-birimizə inanmağa və 6 xal yığa bildik.
- Səncə, belə gənc, yerli futbolçularla “Qəbələ” nəsə edə biləcək?
- Bizim heyətə gənc desələr də, amma çoxu təcrübəyə malikdir. Milli komandadan tutmuş U-21 yığmamıza qədər çıxış edən oyunçlarımız var. Düşünürəm ki, bu heyətlə heç bir komandadan geri qalmırıq. Çempionatın sonuna yaxın bundan da yaxşı oyun sərgiləyib, yuxarı pillələrə yüksəlmək istəyirik.
- “Qarabağ”la oyunda əzmkar oyun sərgilədiniz. Bəlkə də, mövsümün ən yaxşı “Qəbələ”sini gördük. Bunun səbəbi rəqiblə bağlı idi, yoxsa bundan sonra bu cür oyunlarınızın şahidi olacağıq?
- Ötən oyun “Qarabağ”dan xal aldıq. Elə “Qarabağ”ın adı bir motivasiyadır. İstəyirdik mübarizə aparaq ki, komandalar bizə yuxarıdan aşağı baxmasın. Bundan öncəki “Zirə”ylə oyunda da yaxşı mübarizə apardıq. Biz bütün oyunlara qələbə üçün çıxırıq.
Məftun RƏSULZADƏ
Renat Dadaşovun komandası böyük hesabla məğlub oldu
Derbidə vurulan 6 qol - Video
Cəlal Hüseynovun "Petrolul"u xal itirdi
Haaland Premyer Liqada daha bir rekordu yenilədi
"Qarabağ" - "Neftçi" matçında heç-heçə, "Sabah"dan qələbə
“Qarabağ” və “Neftçi”yə xüsusi hədiyyə təqdim olundu
İsayevin dublu, "Sabah"ın 4 qollu qələbəsi - Video
Nərimanın komandasından növbəti qələbə
“Qalatasaray” son dəqiqə qolu ilə qələbə qazandı
Çelsi” mövsümdə ilk dəfə qapısını toxunulmaz saxladı
“Görüləsi işlərimiz çoxdur” - Yeton Bekiri
“Derbini neytral azarkeş kimi izləyəcəyəm” - Dambrauskas
Qapıçı zədələndi, xərəkdə aparıldı
"Qarabağ" - "Neftçi" matçının heyətləri açıqlandı
Sıx qrafikə görə klubun mətbuat konfransı ləğv edildi
Mourinyo Arda Gülerdən danışdı
Azərbaycan kubokunda 12 oyunun vaxtı açıqlandı
"Zirə" Gəncə Şəhidlər xiyabanını ziyarət etdi - Şəkillər
Azərbaycan klubunda baş məşqçi ayrılığı
"Qəbələ" - "Sabah": Heyətlər
Ronaldo yeni brend yaradır
Mourinyo: "Vinisiusun yerində olsaydım"
DÇ-2027-nin brendi Bakıda nümayiş olunub - Şəkillər
Cerrardın yeni klubu məlum oldu
Mbappe 500-ə çatdı
“Napoli”nin 6 oyununu buraxacaq
Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak oldu
Konte “Mançester Yunayted”i çalışdırmağa hazırdır
“Real”ın futbolçusu məhkəmə qarşısına çıxacaq
Neymar: “Yamal dünyanın ən yaxşı futbolçusudur”
Şeydayev oynadı, komandası qalib gəldi
“Karvan-Yevlax” 3 xalı 2 qolla qazandı - Video
Mahirin komandasından mövsümdə ikinci qələbə
Futzal millimiz Çexiyaya uduzdu
"Sumqayıt"ın geridönüşü - Video
"Özümüzü çıxılmaz vəziyyətə saldıq" - Yuri Maksimov
Arda Güler daha 5 il "Real"da
“Sumqayıt” və “Şamaxı”dan əzmkar qələbə
“Real” La Liqanı məhv etməyə çalışır”
MOİK və "Karvan Yevlax"dan qələbə
“Yuventus”un Bernardo Silva planı
Şamaxıdakı 5 qol - Video
Azər Bağırov qələbəni ona həsr etdi
"Sumqayıt" - "Araz-Naxçıvan": Heyətlər