"Burada danışmaq asan deyil. Bunun bir çox səbəbləri var. İlk növbədə, rəqibi təbrik edir və uğurlar arzulayıram".
Qol.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Avro-2020-nin seçmə mərhələsində səfərdə Macarıstana 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
Xorvatiyalı mütəxəssis uzatma dəqiqələrində sayılmayan qola görə etirazını və yerli jurnalistlərə səmimiyyətləri qarşılığında təşəkkürünü bildirib: "Oyunun gedişatı barədə deyəsi çox şey yoxdur. Matçdan sonra 50-dək mesaj almışam. Bütün macarıstanlı jurnalistlər təmiz qolumuzun verilmədiyini bildirirlər. İnanılmaz səhv idi. Ən çox oyunçularıma görə üzülürəm. Onların əziyyəti yerə vuruldu. Azərbaycan kiçik ölkədir, futbolda elə söz sahibi deyil. Belə əziyyətin ucuzlaşması sözə layiq deyil. VAR sisteminin xeyri var. Çox danışsam, işimi itirə bilərəm. Bunları deməli, içimdəki acığı çıxarmalı idim. Dostlarla, ailə ilə söhbət edəcəyik. Macarıstanlı jurnalistlərə səmimiyyətlərinə görə təşəkkürümü bildirirəm".
Yurçeviç qoldan sonra yan xətt hakiminə yaxınlaşaraq, niyə qolun sayılmadığını soruşduğunu əlavə edib. Amma onun sözlərinə görə, yan xətt hakimi heç bir cavab verməyib: "Referi isə qərarında haqlı olduğunu və bunu görüşün ardında epizoda baxdıqda sübut olunacağını iddia etdi".
53 yaşlı baş məşqçi iki fərqli hissə oynamaları fikri ilə razılaşdığını söyləyib: "Fasilə zamanı futbolçulara vəziyyəti dəyişməyin mümkünlüyünü bildirdim. İlk yarıda komandam bir qədər ehtiyatlı idi. 1:0-dan sonra dönüş etmək mümkündür. Onlara daha cəsarətli oynamağı tapşırdım. İkinci hissədə Macarıstan üçün çətin oyun oldu".
Yurçeviç Bəhlul Mustafazadənin oyununu xüsusi qeyd edib: "O, cəmi bir aydır əsas heyətdə oynasa da, istedadlı futbolçu olduğunu göstərməyə başlayıb. Mustafazadə Xorvatiyaya qarşı da gözəl oynamışdı. Yəqin ki, sayılmayan qoluna görə məyusdur. Bu barədə özü ilə söhbət edəcəyəm. Amma inanıram ki, bundan da özü üçün müsbət nəticə çıxaracaq". (Report)
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi