Məmmədovdan Məmmədova Azərbaycan futbolu
Cənab Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinə gəlişindən sonra Azərbaycan dünya idmanında böyük nüfuz sahibinə çevrildi. Təsadüfi deyil ki, müxtəlif növlərdə ən mötəbər yarışlara ev sahibliyi edən ölkəmiz bunun öhdəsindən layiqincə gəlir. İndi AFFA-ya yaxın insanlar nə qədər canfəşanlıq etsə də, AÇ-2020-nin Bakıda keçirilməsinin sırf baş katib Elxan Məmmədovun xidməti kimi təqdim olunması böyük səhvdi.
Hətta AÇ-2020-nin 4 oyununun Bakıya verilməsi sırf Elxan Məmmədovun xidməti olsa da, bu, baş katibin Azərbaycan futboluna vurduğu zərəri kompensasiya etmir. Kaş Azərbaycanda dünya səviyyəli uşaq futbolu olaydı, dünya səviyyəli futbolçular yetişəydi, yığmalarımızın sədası Avropa və dünya çempionatlarının final mərhələsindən gələydi, klublarımız Çempionlar Liqasının əsas mərhələsinin daimi sakininə çevriləydi və heç AÇ-2020-nin 4 oyunu Bakıya verilməyəydi. Kaş yığma AÇ-2020-nin final mərhələsinə vəsiqə qazanaydı və biz gedib başqa ölkədə millimizə cani-qəlbdən azarkeşlik edəydik.
Bilirsiz, Avropa çempionatlarının tarixi hansı oyunla başlayıb? Bəs həmin oyunun iştirakçılarından birinin Azərbaycan futbolunun yetirməsi olduğunu bilirsizmi? Mən sizə Məmmədovdan danışacam. Amma Elxan Məmmədovla yalnız soyadları eyni olan, AFFA baş katibindən fərqli Azərbaycan futbolunu daim ucaldan Məmmədovdan.
1958-ci il sentyabrın 28-i dünya futbol tarixinə Avropa çempionatlarının ilk oyunu ilə düşdü. SSRİ yığması “Lujniki”də Macarıstanı qəbul edirdi. Rəsmi protokola görə oyunu 100572 azarkeş izləyib, amma faktiki bu rəqəm qat-qat çox idi. SSRİ yığmasının 10 nömrəli futbolçusu Azərbaycan futbolunun yetirməsi Ələkbər Məmmədov idi. Avropa çempionatları tarixi də azərbaycanlı balasının topa vurduğu ilk zərbə ilə başladı. SSRİ yığması bu 1/8 final matçında 3:1 hesabıyla qalib gəldi. Yekunda isə ilk Avropa çempionu adını qazandı. Ələkbər Məmmədov buna görə SSRİ-nin əməkdar idman ustası fəxri adına layiq görüldü və Azərbaycanda 1960-cı ilin idmançısı seçildi.
Təəssüf ki, indi Avropa çempionatına evsahibliyi etsək də, orda azərbaycanlı futbolçu görə bilməyəcəyik. Daha bir acınacaqlı fakt isə odu ki, AÇ-2020-yə evsahibliyi edəcək 12 ölkə arasında final mərhələsində iştirak şansını itirən yeganə ölkə Azərbaycandı.
Artıq ölkəmizdə 60-cı illərdə bütün SSRİ-nin sevimlisinə çevrilmiş, Milanda “Milan”ın qapısına 4 qol vuran Ələkbər Məmmədov və bu oyunda ona məhsuldar ötürmələr verən Yuri Kuznetsov kimi futbolçular yetişmir.
1955-ci ildə “Neftçi”dən dəvət aldığı SSRİ yığmasında debüt oyunundaca Hindistanda bu ölkənin yığmasına qarşı het-trik edən (4:0), 1959-cu ildə zədə səbəbindən cəmi 6 oyunda meydana çıxsa da 5 qol vurmaqla “33 ən yaxçı futbolçu” siyahısında birinci hücumçu seçilməklə unikal uğur qazanan Yuri Kuznetsov, “Milan” kimi “Vasko da Qama” ilə oyunda da komandasının uduzmasına baxmayaraq, qollarını sıralayıb raziliyalılara futbol dərsi keçən azərbaycanlı (1957-ci ilin iyulunda “Dinamo”nun 3:1 hesabıyla qalib gəldiyi oyunda həmyerlimiz het-trik etmişdi), 4 dəfə SSRİ çempionu: fenomenal bombardir Ələkbər Məmmədovun bütün uğurları, qolları haqda yazıya qəzet səhifələri bəs etməz...
2014-cü ildə dünyadan köçən və günlərlə cansız bədəni evdə qalan, ölümündən sonra Rusiya çempionatının mərkəzi oyununda birdəqiqəlik sükutla yad edilən, amma AFFA-nın xatirəsini anmağı belə unutduğu, təklifimə baxmayaraq, həmin ərəfədə Moskvada keçirilən Rusiya - Azərbaycan oyununda xatirəsinin birdəqiqəlik sükutla yad edilməsinə AFFA rəhbərlərinin isti yanaşmadığı Ələkbər Məmmədov, özünün aldığı evdən qovulub “koçeqar”da qalmaq məcburiyyətində qalan xəstə Banişevskini xatırladır indi Azərbaycan futbolu...
Artıq Anatoli Banişevski kimi dünya və Avropa çempionatında medal qazanan bakılı əfsanələr yoxdu. Nəinki Məmmədov, Banişevski, heç cəmi bir dövrə oynamasına baxmayaraq, Rusiya çempionatının bombardiri olan Vəli Qasımov, Rusiya çempionu, “Alaniya”nın əfsanəsi Nazim Süleymanov, “Volın” azarkeşlərinin sevimlisi Samir Əliyev, sürəti ilə dünya şöhrətli müdafiəçiləri mat qoyan Zaur Tağızadə, gənc yaşda futbol intellekti ilə hamının rəğbətini qazanan Rəşad Sadıqov kimi futbolçular yetişmir. Ümumiyyətlə, AFFA rəhbərliyindəki son dəyişiklikdən keçən müddətdə Azərbaycan futboluna əvvəlki illərin cəmində ayrılan vəsaitdən daha artıq pul yatırılsa da, nəticələr tam əksinədi. Bu uğursuzluqlara don geydirmək istəyən futbol məmurlarının ən davamlı söylədiyi fikir, apardığı təbliğat odu ki, Azərbaycanda heç vaxt futbol və futbolçu olmayıb. Azərbaycanla müqayisəedilməz dərəcədə kasıb Moldova və Estoniyada sözün əsl mənasında heç vaxt futbol olmayıb. Amma indi bu ölkələrin futboluna pul ayrılmasa da, Estoniyadan “Liverpul”la Çempionlar Liqasını qazanan Raqnar Klavan, Moldovadan İtaliya A seriyasında illərdi sabit çıxış edən Artur İonitse kimi futbolçular yetişir. Mxitaryan və başqaları haqda danışmağa, yazmağa adam xəcalət çəkir.
“Azərbaycanda futbol və futbolçu olmayıb” sözlərinin, “futbol bizim genimizdə yoxdu” bəhanəsinin müəllifinin kim olduğunu təxmin etmək çətin deyil. Həmin adamın daha yaxşı anladığı dildə 1967-ci ildə SSRİ futbolunda ilin debütantı seçilmiş bakılı, Azərbaycan futbolunun yetirməsi, AFFA nümayəndələrinin 70 illik yubileyində quru zəng edib təbrik etməyi unutduğu Vyaçeslav Lyoqkinin bir müsahibəsində söylədiklərini olduğu kimi təqdim edirəm, orijinalda necə var elə, oxuyun Elxan müəllim: “Когда один из видных футбольных специалистов Советского Союза Борис Андреевич Аркадьев работал в Баку, он говорил: "АЗЕРБАЙДЖАН – ЭТО КЛОНДАЙК ТАЛАНТОВ". Долго работая в России, я полностью поддерживаю его слова. У азербайджанских ребят генетически заложена ловкость, техника, гибкость, смелость – все эти качества и помогут им добиться хороших результатов в футболе. Очень верю в это. Думаю большие успехи азербайджанского футбола не за горами...”
İndi siz deyin, əziz oxucular, əziz futbol azarkeşləri: Azərbaycanda futbol və futbolçu olub, olmayıb? Hörmətli AFFA rəhbərləri və onların təəssübkeşləri, siz də əlinizi ürəyinizin üstünə qoyub səmimi cavab verin bu suala...
Bəli, Azərbaycanda həmişə futbol da olub, futbolçular da, istedadlar da. Yenə olacaq, mütləq olacaq! Elxan Məmmədov AFFA-dan, Azərbaycan futbolundan uzaqlaşandan sonra ölkəmizdə futbolun inkişafını görəcəyik. Hələlik isə bütün futbolsevərlər səbirsizliklə baş katibin Azərbaycan futbolundan gedəcəyi günü gözləyir. Bu istəyi nəzərə alıb, elə bu gün AFFA İcraiyyə komitəsinin iclasında istefa versəydi, nə gözəl olardı!
Son
Anar ŞABANOĞLU,
“Futbol+” qəzeti
"Real"dan qələbə
Şahruddinin komandası "Qalatasaray"a uduzdu
"Əl-Hilal" ardıcıl 21-ci qələbəsini qazandı
"Mingəçevir" 3 xalı bu cür qazandı - Video
"Liverpul" 48 saat ərzində yeni baş məşqçisini açıqlayacaq
Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu
Şamaxıda vurulan baxımlı qollar - Video
PSJ hücumçusunu satdı
"Şamaxı" və "Mingəçevir"dən qələbə
Azərbaycan U-18 millisinin heyəti açıqlandı
İspaniya futbolunun yeni rəhbəri müəyyənləşdi
“Barselona” De Yonqu satacaq
Finalın nominal meydan sahibi və başlanma saatı bilindi
Azərbaycan millisinin üzvü Macarıstanda bürünc medal qazandı
Aksel Vitsellə müqavilə uzadılır
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
AFFA İntizam Komitəsi qərarları açıqladı
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
De Brüynedən baxımlı qol - Video
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
"Karvan" səfərdə 4 qol vurdu - Video
Azərbaycan idmançısından Portuqaliyada üçüncü medal
“Mançester Siti” darmadağınla ikinci pillədə
Azərbaycan millisindən 2 bürünc medal - Avropa çempionatı
Musa Qurbanlının komandası yenə uduzdu
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu