BİRİNCİ HİSSƏ
Bizim taekvondonun əsas simalarından biridi, Rəşad Əhmədov. Zamanında dörd dəfə Avropa çempionu, iki dəfə dünya çempionatının mükafatçısı olub. Əgər... Əgərlər olmasaydı, bu gün Olimpiya çempionu adını da daşıyırdı. Amma ən yüksək nailiyyəti beşincilik oldu o yarışlarda.
Bunlar bilinən faktlardı. Görüşümüzün səbəbi isə Rio Olimpiya Oyunlarıdı. Rəşad budəfəki Yay Olimpiya Oyunlarından artıq bir idmançı yox, məmur kimi qayıdıb. Hə, artıq idman məmurudu, Azərbaycan Taekvondo Federasiyasının təşkilat komitəsinin rəhbəridi.
Belə başa düşürəm ki, işindən razıdı. Söhbət zamanı toxunacağıq buna. İşdən də danışacağıq, federasiyanın prezidenti Kəmaləddin Heydərovdan da, Rəşadın qaynı, dünya çempionu Niyaməddin Paşayevdən də (iki qohum, eyni federasiyada işləyir. Niyaməddin vitse-prezidentdi), 2004-ün olimpiya çempionu Fərid Mansurovdan da (o da Rəşadın dostudu), Radik İsayevdən də (o da məlum, 2016-nın olimpiya çempionudu).
Görüşümüz federasiyada olur. Bu gördüyünüz şəkil də orada çəkilib. Rəşad taekvondoçuların mükafatlarının yığıldığı muzeyi göstərir.
“Göz dəyməsin, nə qədər mükafatınız var” – deyirəm. Amma taekvondo tariximizin ən yüksək mükafatı təbii ki, yoxdu burda və yəqin heç vaxt da olmayacaq. Hansı ağıllı Olimpiya Oyunlarının qızıl medalını muzeyə verəsidi?))
Üzündən dəhşətli bir yorğunluq yağır.
- Zarafat gəlməsin sənə. Gör neçə saat yol gəlmişik. Üstəgəl Rio ilə Bakı arasında 7 saat fərq var. Peşəkar idmançı dünyanın hər tərəfinə yarışa gedir, ora tez uyğunlaşır. Ancaq 7 saat çox böyük fərqdi.
Təkcə saat fərqinə görə yox, Riodan, ümumiyyətlə, narazılıq çox oldu. Yadınızdadı, az qala hər gün dünya mediası idmançıların, qonaqların qarət olunduğuna dair məlumatlar yayırdı. Təbii, Rəşaddan bu haqda da soruşuram ki, sizin başınıza bir iş gəlmədi?
- Ora bir az gec getdik. Avqustun 13-ü Rioda olduq. Öncədən biz də düşünürdük ki, oğurluq, ya da başqa şeylər ola bilər. Oranın kriminal yer olduğunu deyirdilər. Düzü, oğurluq hadisə ilə üzləşmədik. Amma təşkilatçılıqla bağlı çatışmazlıq vardı. Afina (2004), Pekin (2008) və London (2012) Olimpiya Oyunlarında təşkilatçılıq əla idi.
Əlbəttə, işimiz-gücümüz var, oturub saatlarla ordakı oğurluğu, təşkilatçılığı müzakirə edəsi deyilik. Heç bəlkə indi Riodakılıarın özlərinin də yadına düşmür bu. Olimpiya Oyunları artıq yadlarından çıxıb, ölkə çalxalanır, şirin-şəkər xanım prezidentlərini istefaya göndəriblər. Mənə siyasi proseslər maraqlı gəlir, amma Rəşada yox.
- Siyasətin dərinliyinə girmirəm, belə çox vacib nəsə olanda maraqlanıram.
Nəysə. Braziliya bilər, xanım Dilma bilər. Biz özümüzlə məşğul olaq.
Taekvondoçular dalbadal üç Olimpiya Oyunlarındakı uğursuzluqdan sonra ilk dəfə medal gətiriblər Azərbaycana. Özü də fikir verin, 4 idmançıdan 3-ü medal qazanıb. “Hakimlər Fəridəyə haqsızlıq etməsəydi, o da medal qazanacaqdı” – deyir Rəşad.
1 qızıl, 2-i bürünc. Super göstəricidi. İdmançılara da, Rəşada da, Taekvondo Federasiyasının digər rəsmilərinə də alqışlar düşür. Həqiqətən əziyyət çəkiblər bu insanlar.
Demək ki, 2012-ci ildə Taekvondo Federasiyasının idarəetmə sistemindəki uğurlu dəyişiklik müsbət nəticələrini verdi. Dünya səviyyəli yarışlarda ciddi uğurlar əldə olundu və nəhayət, Rioda 3 medal qazanıldı. Buna qədər isə qatıldıqları üç olimpiya oyunlarında bir medalımız da olmamışdı.
Təbii, son göstərici ürəkaçan faktdı. Amma bir narahatlığım da var ki, onu Rəşadla bölüşürəm. Hər üç medalı legioner taekvondoçular qazanıb. Kaş ki, öz azərbaycanlımız Fəridə də olaydı o siyahıda...
Rəşad Əhmədov:
- Kim istəməz ki, medalı özümüzünkülər qazanmasın? Bizim də istəyimiz budur ki, idmançılarımızın hamısı yerli olsun. Azərbaycan vətəndaşı öz həmyerlisini dəstəkləsin. Bu istiqamətdə ciddi işlər gedir. Bu iş federasiyamızın prezidenti Kəmaləddin Heydərovun nəzarətindədir. Onun dəstəyini, qayğısını idmançılar, məşqçilər, federasiyanın məsul şəxsləri həmişə hiss edib. Bilirsiz ki, bir müddət taekvondoda çöküş vardı. Bizim nəsildən sonra taekvondoda uğur dayanmışdı. Sonra Nağı Səfərov və Niyaməddin Paşayev vitse-prezident təyin olundular. 2012-ci il idi. Rio Olimpiya Oyunları haqda düşünürdük. Vaxtımız da az. Əlbəttə, tək yerli idmançı ilə son yarışda medal qazanmaq olmayacaqdı. Biz yerli idmançı yetişdirməklə yanaşı perspektiv vəd edən legioner axtarışına da çıxdıq.
- ... Və gedib Radik İsayevi tapdınız?
- Onu Dağıstandan gətirdik. Çox adam elə bilir ki, bura gələnə qədər Radikin yaxşı nəticələri olub. Elə deyil. Bizim məşqçilər onu izləmişdilər, perspektivi vardı, boyu da hündürdür deyə komandamıza cəlb etdilər. Məşqçilər fiziki tərəfdən də onun üzərində işlədilər. İlk nəticəsi 2013-cü ildə Meksikada qazandığı dünya çempionatının üçüncülüyü oldu.
- Yani Radiki sırf boyuna görə gətirdiniz?
- Əsasən boyuna görə. Amma istedadı, perspektivi də vardı. Bizdə bəzən elə legioner gətirirlər ki, Avropa çempionu olub. Radik isə Rusiyada heç bir ciddi nəticə qazanmamışdı. Biz Radiki gətirəndə məşqçilər dedilər ki, üzərində çalışıb, nəsə etmək olar. Özünün də yaxşı xarakteri olduğu üçün öz üzərində çalışıb, yetişməyə başladı.
- Fikrindən belə başa düşülür ki, Radik bizim taekvandonun yetirməsidir?
- Bəli, bunu çox adam bilmir. O, məhz Azərbaycanda yetişdi. Bundan başqa, Rioda bürünc qazanan Milad Beiqi də İranda tanınmamış idmançı idi. Bizim iranlı məşqçimiz Rza Mehmandost Miladı İrandan tapıb gətirdi ki, bunu yaxşı idmançı etmək olar. Dünyada iki ən yaxşı taekvondo məşqçisi varsa, biri bizim məşqçimiz Rza Mehmandostdur. O, komandanı çox qaldırdı yüksəyə. Bu qısa vaxtda məcburduq ki, bir yol tapıb, qızıl medal qazanaq. Bununla bərabər, biz başladıq bölgələrdə yarışlar keçirməyə, gəncləri, yeniyetmələri seçib, üzərində işləməyə. Biz əsas bunun üzərində çalışırıq ki, yaxşı yerli idmançılarımız yetişsin. Amma bir az vaxt lazımdı.
... İnanaq ki, o vaxt gələndə daha çox yerli idmançılarımız üzdə olacaq. Amma təbii, legionerlər uğur qazanıb deyə görülən işlərə, çəkdikləri əziyyətə kölgə salmaq insafsızlıq olardı.
Gətirəndə də gərək Radik kimi legioneri gətirəsən ki, sabah bayraq qaldırıb qızıl medal qəbul etsin, daha başqaları kimi dopinq deyil...
Doğrudan, ağırlıqqaldırmada o nə biabırçılıq idi elə? Sadəcə, yeri deyil bu haqda danışmağın. Heç olmasa, taekvondoya, güləşə baxıb nümunə götürsünlər.
Nə isə qayıdaq Rəşadla söhbətə...
Amma stop... Yazının birinci hissəsini burda bitirək. Axır vaxtlar elə hamı gileylənir ki, böyük yazılar oxuya bilmirik...))
Oxucuya cox əziyyət verməyək.
Sabahadək...
Aydın BAĞIROV
MEDİA müsabiqə elan edib
Mikelsin yubiley qolu
"Sumqayıt"ın "Şamaxı" üzərində qələbəsi - Video
Ayxan Abbasov: "Çempionat gərgin keçəcək"
Ronaldo "Fənərbaxça"ya keçir, ya yox? - Mourinyo danışdı
"Sumqayıt" "Şamaxı"ya qalib gəldi
"Turan Tovuz" - "Sabah" matçında vurulan qollar - Video
"Turan Tovuz" "Sabah"la heç-heçə etdi
"Sumqayıt" - "Şamaxı": Heyətlər
Azərbaycanın basketbol millisi İsveçrəyə uduzdu
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
Məşhur hücumçunun oğlu İngiltərə klubunda
Azərbaycan cüdoçularından 4 medal - Avropa kuboku
"Arsenal" Premyer Liqada qələbə sayında 2-ci oldu
U-18 Qəbələdə toplanır
İlk dəfə Sudamerikana kubokunu qazandılar
Gələn həftə Bakıya gələcək "Lion"dan heç-heçə
7:0 - Di Mariya 3, Kerem 1 qol vurdu
"Qalatasaray"ın səfər qələbəsi - Video
Qvardiola şokda: dalbadal 5 məğlubiyyət
“Qalatasaray”ın futbolçuları arasında gərginlik
8 qol və "Fənərbaxça"nın qələbəsi - Video
"Barselona" xal itirdi
"Milan" "Yuventus"la heç-heçə etdi, "İnter"dən 5 qol
"Qalatasaray" və "Fənərbaxça" səfərdə qalib gəldilər
"Borussiya" və "Bayer"dən inamlı qələbə
"Tottenhem" "Mançester Siti"ni darmadağın etdi
Rodri stadionda belə qarşılandı - Video
"Neftçi"nin "Zirə" üzərində qələbəsindən - Video