Azərbaycan millisinin dünən Avstriyada keçirilən təlim-məşq toplanışı çərçivəsində Andorra ilə keçirdiyi yoxlama oyununu (0:0) izləyənlər arasında AFFA-nın Məşqçilər Komitəsinin rəhbəri Vaqif Sadıqov da olub.
Oyundan sonra V.Sadıqov Qol.az-ın Avstriyaya ezam olunmuş xüsusi müxbirinin suallarını cavablandırıb.
- Andorra ilə matçda meydanda əsasən komandaya yeni çağırılan futbolçular var idi. Onların oyunu barədə fikirləriniz necədir?
- İlk növbədə qeyd edim ki, yığmamız ən əsas təlim- məşq toplanışını keçirir. Üç yoxlama oyununda bəzi futbolçular sınaqdan keçiriləcək. Bundan sonra millinin əsas heyəti və onun ən yaxşı ehtiyat qüvvəsi müəyyənləşəcək. Ən vacib olan budur. Andorra ilə oyuna gəldikdə isə, dünən (srağagün – red.) Azərbaycan kubokunun finalı olduğundan əsas oyunçuların bir çoxu millinin düşərgəsinə yoxlama görüşü keçirildiyi gün qoşuldu. Ona görə də bu oyunu buraxdılar. Robert Prosineçki inamlı addım ataraq, beş yeni futbolçuya milli komandada çıxış etmək şans verdi. Hesab edirəm ki, yeni futbolçuların hər biri özünü ən yaxşı tərəfdən göstərməyə çalışdı. Bu oyun 1998-ci ildə mənim də baş məşqçisi kimi iştirak etdiyim Andorra ilə yoxlama görüşünü yadıma saldı. O vaxt olduğu kimi, budəfəki matçda da yalnız qol çatmadı. Bu gün qol vurmamağımızın səbəbi isə gənclərin hələ lazımı səviyyədə komandaya uyğunlaşmamasıdır. Prosineçki yeni qoşulan futbolçulara imkan verir ki, belə oyunlarda özlərinə inansınlar, güc toplasınlar və səviyyələrini artırıb gələcəkdə milli komandaya kömək etsinlər.
- Yeni futbolçular özlərinə inam yarada bildilərmi?
- Mən hələ oyunun gedişitında bildirdim ki, bəzi oyunçular indi milli komandaya tam olaraq qatıla bilərlər.
- Kimlər?
- İstəməzdim onların adları açıqlayım. Çünki bu gün meydana çıxan digər gənc futbolçuların hər biri də əlindən gələni etməyə çalışdı.
- Yəqin ki, futbolçularla bağlı Məşqçilər Komitəsinin sədri olaraq, baş məşqçi Robert Prosineçki ilə söhbətiniz olacaq...
- Biz hər birimiz futbol naminə çalışırıq. Hamımız istəyirik ki, yığmamız gündən-günə, ildən-ilə daha da güclənib bizləri sevindirsin. Bu yöndə Prosineçki və onun köməkçiləri böyük bir iş görürlər. Göstərilən oyun bunu deməyə əsas verir ki, bizim futbolçularımız heç kimdən çəkinmirlər. İnamlı və məzmunlu bir oyun sərgiləməyə çalışırlar. Heyf ki, bu cür oyunla lazım olan nəticəni əldə edə bilmədik. Onu da qeyd edim ki, Andorra ilə matçlarda bizim cəmisi bir qələbəmiz var. Əksəriyyəti heç-heçədir. Ona görə ki, bu komanda qapanır və sırf müdafiə oyunu oynayır. Və müdafiəni yarmaq üçün bizim o gənc futbolçuların ustalıq səviyyəsi tam yüksək səviyyədə olmadı ki, qol vurub istədiyi nəticəni əldə etsinlər.
- Bəs, futbolçularda arxayınlıq var idimi?
- Xeyr. Sona qədər mübarizə şəraitində keçən oyuna şahid olduq. Millinin hər bir üzvü böyük istək və əzmlə nəyə qadir olduğunu ortaya qoymağa çalışdı.
- Amma milli bu nəticəyə görə tənqid olunacaq.
- Bu oyun göstərdi ki, biz gələcəyə ümidlə baxa bilərik. Beş yeni sima bu gün birdən-birə milli komandada oyuna çıxdı. Biz istəyirik ki, yeni bir komanda formalaşsın. Hər şey birdən-birə olmur. Atılan addımlar düzdür.
- Millimizin budəfəki toplanışdakı rəqiblərinin güclü olmaması ilə bağlı da tənqidlər var.
- Mən deməzdim ki, rəqiblər zəifdir. İlk əvvəl statiskaya baxmaq lazımdır. Biz Andorra millisini cəmi bir dəfə məğlub etmişik. Bu komandanı necə özümüzdən qat-qat zəif saya bilərik? Hesab edirəm ki, bu gün Avropada zəif komanda yoxdur. Prosineçki elə plan qurub ki, rəqiblərin səviyyəsi zəifdən güclüyə doğru artır. Bizi ən sonda güclü Kanada yığması ilə oyun gözləyir. Makedoniya gərgin oyunlarımız olub. Bu gün Makedoniya da çalışır ki, yeni komanda formalaşdırsın və Avropada özünü göstərsin. Kanadaya qarşı oynamaq çox maraqlı olardı. Hesab edirəm ki, seçilən rəqiblər sırf bu təlim-məşq toplanışına uyğundur.
- Azərbaycan Premyer Liqasında rəqabətin azalması, çempionatın səviyyəsinin düşməsi millinin futbolçularının durumuna mənfi təsir edibmi?
- Mən həmişə demişəm ki, futbolda zəncirvari bağlılıq var və hardasa boşluq olsa, digərinə təsir edəcək. Tezliklə çempionatın səviyyəsini artırmalıyıq ki, güclü bir rəqabət olsun. Rəqabət olan yerdə yeni futbolçular üzə çıxacaq. Çempionatın səviyyəsi ilə bağlı indidən tədbirlər görüb qarşısını almasaq, bu, milli komandaya öz təsirini göstərəcək.
- Siz AFFA İcraiyyə Komitəsinin üzvüsünüz. Premyer Liqada 2016/17 mövsümünün formatıyla bağlı hansısa müzakirələr olubmu?
- Hələlik müzakirələr başlamayıb. Bizim xeyli tövsiyə və təkliflərimiz var. Hər şey ayrı-ayrı klubların durumları ilə bağlıdır. Bu, sırf lisenziya və digər məsələləri əhatə edir. Müzakirələrdən sonra nəsə demək olacaq. Bu gün isə fikrimiz yığma komandadır. Təlim-məşq toplanışından qayıtdıqdan Premyer Liqanın durumu, səviyyəsi ilə bağlı müzakirə aparacağıq. Biz istəyirik ki, səviyyəli əcnəbi futbolçuların ölkəmizə axını olsun, yerli futbolçular onlarla rəqabətə girsin.
MEDİA müsabiqə elan edib
Mikelsin yubiley qolu
"Sumqayıt"ın "Şamaxı" üzərində qələbəsi - Video
Ayxan Abbasov: "Çempionat gərgin keçəcək"
Ronaldo "Fənərbaxça"ya keçir, ya yox? - Mourinyo danışdı
"Sumqayıt" "Şamaxı"ya qalib gəldi
"Turan Tovuz" - "Sabah" matçında vurulan qollar - Video
"Turan Tovuz" "Sabah"la heç-heçə etdi
"Sumqayıt" - "Şamaxı": Heyətlər
Azərbaycanın basketbol millisi İsveçrəyə uduzdu
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
Məşhur hücumçunun oğlu İngiltərə klubunda
Azərbaycan cüdoçularından 4 medal - Avropa kuboku
"Arsenal" Premyer Liqada qələbə sayında 2-ci oldu
U-18 Qəbələdə toplanır
İlk dəfə Sudamerikana kubokunu qazandılar
Gələn həftə Bakıya gələcək "Lion"dan heç-heçə
7:0 - Di Mariya 3, Kerem 1 qol vurdu
"Qalatasaray"ın səfər qələbəsi - Video
Qvardiola şokda: dalbadal 5 məğlubiyyət
“Qalatasaray”ın futbolçuları arasında gərginlik
8 qol və "Fənərbaxça"nın qələbəsi - Video
"Barselona" xal itirdi
"Milan" "Yuventus"la heç-heçə etdi, "İnter"dən 5 qol