Topaz Premyer Liqasının XXIV turu çərçivəsində keçirilən “Rəvan” – “Kəpəz” (1:3) oyunu Gəncə klubunun qapıçısı Eyyub Əliyevin karyerasına bir ilk kimi düşüb.
Qol.az-ın klubun saytına istinadən yadığı xəbərə görə, gənc qolkiper həm “Kəpəz”in heyətində birinci oyununa çıxıb, həm də elitada debüt edib.
E.Əliyev debüt oyunu barədə fikirlərini bildirib:
“Kəpəz”in heyətində ilk matçımı keçirməyim mənim üçün də sevindirici oldu. Ümumiyyətlə, ilk dəfə idi ki, Premyer Liqada oynamaq imkanı əldə edirdim. Bu vaxta kimi hazırkı klubumda və əvvəllər çıxış etdiyim komandalarda ehtiyatda otursam da, nəhayət ki, meydana çıxdım. İnşallah, bunun davamı gələr və daha çox oynayaram. Bunun üçün əlimdən gələni edirəm. Oynamaqla komandama daha çox xeyir vermək istəyirəm. Məşqçilər heyətinə də etimad üçün minnətdaram”.
Əliyev debüt oyununda qapısından qol buraxsa da, son nəticə uğurlu olub, "Kəpəz” üç xala sevinib. Bu mənada qapıçının debütü ilk qələbə və ilk buraxılan qolla yadda qalıb: "Açığı, heç kim debütdə qol buraxmaq istəməz. Sadəcə, qismət belə alındı. Qarşıdakı oyunlarda şans verilsə, qapını toxunulmaz saxlamağa çalışacağam. Qol buraxmağıma baxmayaraq, "Kəpəz”in qələbəsi ürəyimcə oldu. Qolkiper qapısından qol buraxsa da, komandanın yekunda qələbə qazanması əsasdı”.
"Kəpəz”ə mövsümün əvvəlində cəlb olunan Eyyub bir qayda olaraq yoxlama matçlarında meydana çıxıb. O, "Rəvan”a qarşı görüşdə 65-ci dəqiqədə oyuna daxil olmaqla 25 dəqiqə forma geyinib:
"Kimin nə qədər oynamasının yox, komandanın qələbəsi vacibdir. Məşqlər və oyunlar zamanı qolkiperlə işləyən məşqçimiz Nadir Şükürov, eləcə də komanda yoldaşım Tadas Simaitisdən çox şey öyrənməyə səy göstərirəm. Tadas legionerdir, yaşca məndən böyükdür, təcrübəlidir. Hələ öyrəniləsi çox şey var. "Kəpəz”ə layiqli futbolçu olmaq üçün öz üzərimdə işləyirəm” - deyə E.Əliyev bildirib.
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?
PSJ azarkeşləri: "Gəlin, matçı boykot edək"
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda 2 medal
"Şəfa" - "Kəpəz" : Heyətlər
Mourinyo: "Sən ağıllısan, mən isə axmaq deyiləm!"
"Bavariya"dan Kompaninin səhhəti ilə bağlı açıqlama
187 ölkə, 1000-ə yaxın oyun – Bakıda tarixi futbol turniri
Çempionlar Liqasının yeni formatını sərt tənqid etdi
“Onun ideyaları məni cəlb etdi” - “Zirə”nin legioneri
Fransada etiraz aksiyalarına görə oyunun vaxtı dəyişdirildi
Ronaldodan maraqlı jest
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
Bakı səfəri “Borussiya”nı yorub
Azərbaycan çempionatları tarixində 15000-ci qol
Yunuszadə - Kökçü qarşıdurmasında kim sevindi?
Andrade “Polesye”də növbəti qolunu vurdu
Superliqada 9-cu tur start götürdü
Cəlal oynadı, komandası qalib gəldi
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video