"Kəpəz" "Xəzər Lənkəran"la oyuna hazırlaşır

"Kəpəz" "Xəzər Lənkəran"la oyuna hazırlaşır
XƏBƏR 10 Mart 2016 / 12:57 2200
-  A +

“Kəpəz” Topaz Premyer Liqanın 25-ci turunda Gəncədə qarşılaşacağı “Xəzər Lənkəran” ilə oyunun hazırlıqlarını davam etdirir.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, martın 8-dən Bakıda məşqlərə start verən komanda ayın 11-nə kimi hazırlığı paytaxtda keçirəcək.

Martın 12-də Gəncəyə gedəcək “Kəpəz” oyunöncəsi son məşqinə matçın keçiriləcəyi şəhər stadionunda çıxacaq.

Məşq saat 16:00-da başlayacaq. Hazırlıq prosesi azarkeşlər və media üçün açıq olacaq.

Son xəbərlər