Karlo Ançelotti "Real"da istefaya göndərilməsi ilə bağlı ilk dəfə açıqlama verib.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, italiyalı mütəxəssis Madrid klubunun onu istefaya göndərməklə böyük səhv etdiyini deyib:
"Real"dan ayrıldığım üçün məyus olmuşdum. Çünki futbolçularla münasibətim yaxşı idi. Madrid klubunu çalışdırmağı sevirdim. "Çelsi"dən ayrıldığım zaman bu qədər pis olmamışdım".
K.Ançelotti qeyd edib ki, "Real"da çempionluqdan başqa heç bir nəticə qəbul olunmur:
"Ötən mövsüm ard-arda 22 oyunda qalib gəlmişdik. Ancaq fevralın 7-i "Atletiko"ya 0:4 hesabı ilə uduzduğumuz zaman əvvəlki uğurlar unuduldu. Çempionluq qazanmayan baş məşqçini "Real"dan qovurlar. Amma nəzərə almırlar ki, bu komanda mənim rəhbərliyim altında Çempionlar Liqasında birinci oldu. Başa düşmək lazımdır ki, dünyanın ən yaxşı klublarında olan "Barselona", "Atletiko" kimi klublar oynadığı İspaniyada hər mövsüm çempion olmaq mümkünsüzdür".
Qeyd edək ki, "Real" bu ilin mayında Ançelotti ilə yolları ayırıb.
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı