Beynəlxalq yoldaşlıq görüşü çərçivəsində noybarın 17-də Bakıda millimizin qonağı olacaq Moldova yığmasının yekun heyəti açıqlanıb.
Qol.Az-ın Moldova Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, millimizin rəqibi Bakıya 19 futbolçu ilə gələcək.
Moldova yığmasının baş məşqçisi Ştefan Stoyka daha öncə millimizlə oyun üçün dəvət etdiyi 24 futbolçudan 5-ni komandadan kənarlaşdırıb. Bunlar müdafiəçi Vadim Bolohan ("Milsami"), yarımmüdafiəçi Vadim Ratsa ("Zarya") və hücumçular Georgi Boqyu ("Zarya"), Radu Qinsar ("Şerif") və Nikolay Milinçanudur ("Petrolul", Rumıniya).
Qeyd edək ki, Bakı Olimpiya stadionunda keçiriləcək Azərbaycan - Moldova oyunu saat 21:00-da başlayacaq.
Qapıçılar: İlya Çebanu ("Mordoviya", Rusiya), Aleksey Koşelev ("Şerif"), Artyom Qaydukeviç ("Daçiya")
Müdafiəçilər: İqor Armaş ("Kuban", Rusiya), Viktor Qolovatenko ("Sibir", Rusiya), Katalin Karp ("Styaua", Rumıniya), Vitali Bordiyan ("Helios", Ukrayna), Ştefan Burqiu, İon Jardan (hər ikisi "Zimbru"), Semen Bulqaru ("Daçiya"), Maksim Potarniçe ("Şerif")
Yarımmüdafiəçilər: Aleksandr Dedov ("Tarqu-Mureş", Rumıniya), Aleksandr Antonyuk, Andrey Kojokar (hər ikisi "Milsami"), Yevgeni Koçuk ("Daçiya"), Aleksandr Vremea ("Zimbru"), Aleksandr Onika ("Zarya")
Hücumçular: Vladimir Ambros ("Petrokub"), Sergey İstrati ("Saksan"),
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi