AFFA-nın baş katibi Elxan Məmmədov müsahibəsi
- Noyabrın 17-də milli komandamız yoxlama oyununda Moldova ilə qarşılaşacaq. Bu görüş niyə məhz Bakı Olimpiya Stadionuna salındı?
- Son zamanlar millimiz ev oyunlarını ya Tofiq Bəhramov adına Respublika stadionunda, ya da “Bakcell Arena”da keçirir. Hazırda “Bakcell Arena”nın xidmətindən “Neftçi” və “Qəbələ” yararlanır. Respublika stadionunda isə “Qarabağ” avrokubok matçlarını keçirir. Bunları nəzərə alaraq düşündük ki, niyə fürsətdən istifadə etməyək? Oyunu Olimpiya Stadionuna salmağımızın başqa səbəbi də, odur ki, komandamız həmin stadiona öyrəşməlidir. İtaliya ilə oyunda millimizə möhtəşəm azarkeş dəstəyi var idi. Amma yenə də komandamız həmin stadionda bir qədər narahat idi. Həmin arenada davamlı çıxış etməklə yığmamız ora öyrəşməlidir.
- Baş məşqçi Robert Prosineçkinin milliyə dəvət etdiyi futbolçular arasında kapitan Rəşad Sadıqov da var. Bu o deməkdir ki, təcrübəli müdafiəçi yığma karyerasını davam etdirir?
- Bu, birbaşa Robert Prosineçki və Rəşad Sadıqov arasında olan məsələdir. Biz futbolçu və məşqçi arasında olan məsələlərə qarışmırıq və gələcəkdə də qarışmayacağıq. Bu haqda ətraflı məlumatı Robert Prosineçki verə bilər.
- 2016-cı il üçün Azərbaycan millisinin hazırlıq planı bəllidir?
- Hazırda bunun üzərində iş gedir. Həm biz, həm də Prosineçki çalışırıq.
- Qarşıdakı ildə yoxlama oyunları üçün hansı ölkələrlə danışıqlar aparılır?
- Əlbəttə ki, danışıq apardığımız ölkələr var. Lakin indi onların adlarını açıqlamaq istəməzdim. Çünki danışıqlar mərhələsi bitməyib. Ad çəkmək üçün hələ tezdir.
- Gələn ilin mayında ölkəmizdə keçiriləcək Avropa çempionatına hazırlıq işləri nə yerdədir?
- Çempionata hazırlıq işlərinə artıq bir müddətdir start verilib. Bütün işlər yüksək səviyyədə davam etdirilir. Hər zaman olduğu kimi, bu yarışın da yüksək səviyyədə təşkil olunması üçün çalışırıq.
- Təşkilat Komitəsinin tərkibi artıq müəyyənləşib?
- Müəyyənləşmək üzrədir. Gələn ilin yanvarında siyahı tam dəqiqləşəcək və ictimaiyyətə açıqlanacaq.
- “Dalğa arena”nın qazonu nə vaxt dəyişdiriləcək?
- Avropa çempionatının startına, yəni maya qədər “Dalğa arena”ya təbii öt örtüklü qazon döşənəcək.
- Bir müddət əvvəl sizin də iştirakınızla Məşqçilər Komitəsinin iclası keçirildi və qərara alındı ki, U-21-ə zədəli olduqlarını əsas gətirərək qoşulmayan 4 futbolçu barəsində araşdırma aparılsın. Həmin araşdırmanın nəticələri necə oldu?
- Həmin futbolçuların zədələrinə diqqətlə baxıldı, onların durumları incələndi. Bundan sonra da belə məsələlərdə diqqətli olacağıq. Çünki hansısa futbolçu məsuliyyətsizlik edə bilər. Yaxud da həkimlərin səhv etməsi mümkündür. U-21-in üzvləri bağlı araşdırmanın yekun cavabları da var. Hər şey qaydasındadır.
- Yəni, həmin futbolçuların hamısı həqiqətən də zədəli olub?
- Bəli, Həqiqətən zədəli olublar və bu səbəbdən də milliyə kömək edə bilməyiblər.
Mənbə: Futbolxeber.az
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi
“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
“VAR qaydanı bilmirdisə, vəzifəsindən getməlidir”
Azərbaycan millisi Moldovaya məğlub oldu
1-ci liqada hakim təyinatları açıqlandı
Salah “Trabzonspor”da rekorda imza atdı
Mbappe: “Bəlkə də “Qızıl top” üçün mənim uğurlu ilimdir”
“Barselona”nın sabiq futbolçusu karyerasını başa vurdu
Mourinyo: “Pley-offa adlayacağıq”
"Millidə də qol vurmaqda özümə güvənirəm" - Vüsal İsgəndərli
Hakim Ziyeşin yeni klubu məlum oldu
"Fiorentina" baş məşqçisini istefaya göndərdi
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
Ulduz futbolçu "Əl-İttifaq"ı "Əl-İttihad"a dəyişdi
Evdə 100-cü qol
Esposito ilə yeni müqavilə imzalandı
“Qarabağ”dan 2 yeni xəbər - Biri şad, o biri məyusedici
Qismət Alıyev “250”yə çatdı
Son 21 mövsümdə ilk dəfə
Mehman Hacıyev vəfat etdi
“Qarabağ”ın o boşluqlarından qollar vurduq” - Açıqlama+Video
Salahın qolu, "Trabzonspor"un qələbəsi - Video
Kerrik “Sabah”la oyundan danışdı
“Barselona"ya məğlubiyyətə görə etiraz aksiyası keçirdilər
"Yuventus" "Milan"la qarşılaşdı - A Seriyasında nəticələr
"Barselona"dan darmadağın
London derbisini "Arsenal" qazandı - Video
“Bu, bəlkə də, məsuliyyətsizlikdir” - Qurban Qurbanov
"Qarabağ"a qarşı oyunumuz növbəti matçlar üçün stimuldur"
"Qarabağ"ın qələbəsindən - Video
Azərbaycan millisi Gürcüstana məğlub oldu
Tovuzda vurulan 3 qol - Video
Emreli oynadı, komandası uduzdu
Acun Ilıcalının komandası bu göstəricidə hamını geridə qoydu