Millimizin oyunu canlı yayımda

Millimizin oyunu canlı yayımda
XƏBƏR 10 Noyabr 2015 / 12:20 5825
-  A +

19 yaşadək futbolçulardan ibarət millimizin Avropa çempionatının seçmə mərhələsində bu gün Ukrayna ilə qarşılaşacağı oyun CBC Sport televiziya kanalında və affa.az saytında canlı yayımlanacaq.

Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, qrupun son turunda iki qarşılaşma eyni vaxtda başlayacağı üçün Azərbaycan yığmasının oyunu canlı, digər matç isə videoyazı şəklində təqdim olunacaq.

Qeyd edək ki, millimizin oyunu saat 18:00-da başlayacaq.

Son xəbərlər