Zaur Svanadze: "Qələbə də qazana bilərdik"

Zaur Svanadze: "Qələbə də qazana bilərdik"
XƏBƏR 9 Noyabr 2015 / 18:51 2676
-  A +

“Komandanın oyunundan razı qaldım. Bütün çətinliklərə, zədələrə baxmayaraq, yaxşı futbol sərgilədik. Oyundan öncə Mirhüseyn və Nika zədə aldılar".

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "İnter"in baş məşqçisi Zaur Svanadze Premyer Liqanın 12-ci turunda səfərdə "Qəbələ" ilə 1:1 bərabərə qaldıqları oyundan sonra deyib.
 
Gürcüstanlı mütəxəssis komandasının bu görüşdə qələbə qazanmaq şansının da olduğunu bildirib: "Qeyd etməliyəm ki, qələbə də qazana bilərdik. Maddi problemlərin fonunda komandanı oyuna hazırlamaq çətindir. Amma bizim oyunçular peşəkardırlar. Onlar bizə meydançada çox kömək edirlər. Zədəli oyunçularımızdan Rauf Əliyev Almaniyadan qayıdıb. Hücumçu bərpa prosesinin ilk mərhələsindədir. Onun yaşıl meydançalara qayıtması üçün 3-4 ay vaxt lazımdır”.

Son xəbərlər