Yunanıstanın "Panatinaikos" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, komandanı Andrea Stramaççoni çalışdıracaq.
O, bu vəzifədə bir müddət öncə istefaya göndərilmiş Yannis Anastasiunu əvəzləyib. İtaliyalı mütəxəssis "Panatinaikos"la 2017-ci ilə qədər müqavilə imzalayıb. Stramaççoni yeni klubunda ilinə 750 min avro qazanacaq.
Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsində "Qəbələ"yə uduzan "Panatinaikos" Yunanıstan superliqasında geridə qalan 10 turdan sonra 22 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Musanın yubiley qolu
İnyesta Mərakeş millisinə rəhbərlik edəcək?
İki Premyer Liqa klubunun hədəfinə düşdü
"Ayaks"ın yeni hücumçusu matçın 2-ci dəqiqəsində zədələndi
"Atletiko"dan gözlənilməz məğlubiyyət
Ramon Maçadonun qolu, "Araz-Naxçıvan"ın qələbəsi - Video
Baş məşqçidən sonra idman direktoru da klubdan ayrıldı
"Avrokuboklar uğrunda mübarizə aparacağıq" - Saşa İliç