"Kəpəz" yenidən AZAL-la qarşılaşacaq
Azərbaycan Premyer Liqasının XII turunda keçirilən AZAL - “Kəpəz” (1:1) oyunundan sonra Gəncə təmsilçisinin üzvləri istirahətə buraxılıb.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, milli komandaların oyunları ilə bağlı çempionatda fasilə yarandığından komandaya 3 günlük istirahət verilib.
“Sarı göylər” məşqləri noyabrın 11-də bərpa edəcək. Fasilə müddətində “Kəpəz” yoxlama oyunu da keçirəcək. Komanda yenidən AZAL-la qarşılaşacaq.
Noyabrın 14-də keçiriləcək yoxlama matçı saat 15:00-da “AZAL Arena”da olacaq.