Qazaxıstan çempionu müəyyənləşdi
Qazaxıstan Premyer Liqasında 2015/16 mövsümünün qalibi müəyyənləşib.
Qol.Az-ın məlumatına görə, paytaxtın "Astana” klubu çempionatın qızıl medalını qazanıb.
Komanda son turda öz meydanında "Aktobe”ni qəbul edib. Kabananqanın matçın 86-cı dəqiqəsində vurduğu qol "Astana”ya çempionluq gətirib.
Qeyd edək ki, ötən mövsümün qalibi də "Astana” olmuşdu.