Maksim Medvedyev mərkəz müdafiəçisi oldu
“Qarabağ”ın futbolçusu Maksim Medvedyev Premyer Liqamızın 12-ci turunda hazırda “Xəzər Lənkəran”a qarşı keçirilən oyunda yeni mövqedə çıxış edir.
Qol.Az-ın məlumatına görə, baş məşqçi Qurban Qurbanov həz zaman müdafiənin sağ cinahında oynayan Maksimi bu dəfə mərkəzdə sınamaq qərarına gəlib.
Bu mövqedə çıxış edən edən komandanın kapitanı Rəşad Sadıqovun adı “18-liy”ə salınmayıb. Görünür, Qurban Qurbanov ona istirahət verməyi düşünüb. Digər mərkəz müdafiəçisi Elvin Yunuszadə isə cəzalı olduğu üçün heyətdən kənarda qalıb.