Quarejma Avroliqada dördüncü turun ən yaxşısı oldu

Quarejma Avroliqada dördüncü turun ən yaxşısı oldu
XƏBƏR 6 Noyabr 2015 / 19:12 3843
-  A +

Avropa Liqasının qrup mərhələsinin dördüncü turunun ən yaxşı futbolçusu müəyyənləşib.

Qol.Az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, "Beşiktaş"ın oyunçusu Rikardo Quarejma ən yaxşı seçilib. O, azarkeşlər arasında keçirilən sorğuda səslərin 46 faizini toplayıb.

Qeyd edək ki, R.Quarejma Avroliqanın qrup mərhələsinin dördüncü turunda "Lokomotiv"lə (Moskva) matçda (1:1)fərqlənib.


Son xəbərlər