"Qəbələ"nin oyununda erməni təxribatı

"Qəbələ"nin oyununda erməni təxribatı
XƏBƏR 5 Noyabr 2015 / 23:01 9788
-  A +

Dortmundda keçirilən Avropa Liqasının "Borussiya" – “Qəbələ” oyunundan əvvəl erməni təxribatının qarşısı alınıb.

Qol.Az-ın sport7.az saytına istinadən yaydığı xəbərə görə, "Siqnal İduna Park"da baş tutan qarşılaşmanın start fiti səslənən kimi, stadionun tribunasından Ermənistan bayrağı asılıb. Bu isə 3-4 dəqiqə çəkib. “Qəbələ” rəsmilərinin etirazından sonra bayraq yığışdırılıb.

Qeyd edək ki, "Borussiya"nın heyətində çıxış edən Henrix Mxitaryan Ermənistan millisinin üzvüdür.


Son xəbərlər