"Qarabağ"a uduzacağımız ağlıma gəlməzdi"

"Qarabağ"a uduzacağımız  ağlıma gəlməzdi"
XƏBƏR 5 Noyabr 2015 / 12:30 7665
-  A +

"Londona qələbə üçün gəlmişik. Əgər məğlubiyyət haqda düşünsəydik, oyuna çıxmağın mənası olmazdı. Üç xal qazanmaq üçün hər şey edəcəyik".

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri "Anderlext"in futbolçusu Stefano Okaka Avropa Liqasının qrup mərhələsinin dördüncü turunda "Tottenhem"lə səfər oyunu öncəsi deyib.


O, "Qarabağ"la uduzduqları matçı da xatırladıb:

"Qarabağ"a uduzacağımız  ağlıma gəlməzdi. Ancaq "Monako" və "Tottenhem"ə qarşı yaxşı oynadıq".

S.Okaka qrup lideri olmaq üçün çalışacaqlarını vurğulayıb.

Qeyd edək ki, "Tottenhem" - "Anderlext" qarşılaşması bu gecə saat 00:05-də başlayacaq.


Son xəbərlər