"Qəbələ"nin futbolçusu Rikardinyo Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda Dortmund "Borussiya"sına 1:3 hesabı ilə uduzduqları oyundan sonra Qol.Az saytının suallarını cavablandırıb.
- “Qəbələ” “Borussiya”ya qarşı lazımi oyunu sərgiləyə bildimi?
- Açığı, indi əhvalım yaxşı deyil. Çünki çoxlu qol şanslarımız olsa da, qalib gələ bilmədik. Amma real düşünsək, rəqib çox səviyyəli komanda idi və heyətində çox güclü futbolçular çıxış edir. Nəticə bizi qane etməsə də, gözlənilməz də deyil. Çalışacağıq ki, bu matçı yaxşı analiz edib, buraxdığımız səhvləri cavab qarşılaşmasında etməyək.
- Növbəti oyunu "Borussiya"ya qarşı səfərdə keçirəcəksiniz. Bakıdakı məğlubiyyətin cavab matçında hər hansı mənfi təsiri olacaqmı?
- Təbii ki, səfərdə bizə çətin olacaq. Çünki rəqib çox güclü komandadır. Əsas odur ki, biz bu görüşdə onların oyunu ilə tanış olduq. Yəqin ki, bu amillər bizə səfərdə kömək edəcək.
- Oyunun qırılma nöqtəsinin matçın əvvəllərində yaradılan qol imkanlarından istifaedə edə bilməməyiniz olduğunu söyləyə bilərik?
- Yəqin ki, əlimizə düşən imkanlardan yararlansaydıq, fərqli nəticə olardı. Yəni oyunda üstünlüyü ələ ala bilərdik. Eyni zamanda müdafiə olunaraq, əks hücumlardan da yararlanmağa çalışacaqdıq. Məncə, bu halda bizim üçün rahat olacaqdı. Matç bu məcrada davam etsəydi, qalib də gələ bilərdik.

- Artıq Avropa Liqasının qrup mərhələsində 3 matç keçirmisiniz və cəmi bir xal qazanmısınız. Qrupdan çıxmaq üçün “Qəbələ”nin şanslarını necə dəyərləndirirsən?
- Düşünürəm ki, şansımız hələ qalır. Dortmund səfərindən sonra “Krasnodar”la ev, PAOK-la səfər matçımız var. Bu oyunların nəticəsini bilmədən demək olmaz ki, şansımız yoxdur. Çalışacağıq ki, ilk növbədə Almaniyada “Borussiya”nı məğlub edək və şansımızı daha da artıraq.
- Avroliqa oyunlarında əsasən legionerlər, yerli çempionatda isə daha çox azərbaycanlı futbolçular heyətdə yer alır. Legioner limiti ilə əlaqədar iki fərqli heyətlə meydana çıxmaq oyununuza necə təsir edir?
- Çətin sualdır. Çünki bu mənim işim deyil. Kimin meydana çıxacağına baş məşqçi qərar verir. Ona görə də bu suala cavab verə bilməyəcəm. Mənim özüm də çempionatda demək olar ki, oynaya bilmirəm. Limit məsələsinə gəldikdə isə bu haqda da nəsə demək çətindir. Ola bilsin ki, əcnəbilərin çoxluğu futbolun inkişafına təkan versin. Amma eyni zamanda əksinə də ola bilər. Ona görə bu məsələni sınaqdan keçirmədən heç nə demək olmaz.
- “Borussiya”nın heyətində kifayət qədər tanınmış futbolçular çıxış edir. Bəzi yerli azarkeşlərin onlara bu qədər maraq göstərməsi sizi qısqandırmır ki?
- Yox. Mənim özüm də Brazilya millisinin futbolçuları Kaka, Neymarla şəkillər çəkdirmişəm. Ona görə də bu məsələyə normal baxıram.
Ergün SEYİD
Bu gecə "El-Klasiko" var
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?
PSJ azarkeşləri: "Gəlin, matçı boykot edək"
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda 2 medal
"Şəfa" - "Kəpəz" : Heyətlər
Mourinyo: "Sən ağıllısan, mən isə axmaq deyiləm!"
"Bavariya"dan Kompaninin səhhəti ilə bağlı açıqlama
187 ölkə, 1000-ə yaxın oyun – Bakıda tarixi futbol turniri
Çempionlar Liqasının yeni formatını sərt tənqid etdi
“Onun ideyaları məni cəlb etdi” - “Zirə”nin legioneri
Fransada etiraz aksiyalarına görə oyunun vaxtı dəyişdirildi
Ronaldodan maraqlı jest