"Komandamla fəxr edirəm" – Qriqorçuk

"Komandamla fəxr edirəm" – Qriqorçuk
ÖLKƏ FUTBOLU 22 Oktyabr 2015 / 22:35 7362
-  A +

“Rəqibə minnətdarlığımı bildirirəm ki, bizə hörmətlə yanaşdılar, əsas heyətlə oynadılar. “Borussiya”nın  son oyunlarını izləmişdim. Onların qapısı qarşısında bu görüşdəki qədər təhlükəli vəziyyət olmamışdı. Təəssüf ki, bu imkanlardan yararlana bilmədik”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasını qrup mərhələsində “Borussiya” (Dortmund) ilə oyundan (1:3) sonra keçirdiyi mətbuat konfransında deyib.

- Son iki oyunda “Qəbələ” meydanı xalsız tərk edib. Necə düşünürsünüz, qrupdan çıxmaq şansınız var?

- “Krosnador”la oyunda qalib gələ bilərdik. Ancaq “Borussiya” ilə görüş bizim üçün çox çətin oldu. Bununla belə, futbolçularımla fəxr edirəm. Bu oyundan sonra komanda daha da güclənəcək. Qarşıda hələ 3 oyunumuz var. Bu qarşılaşmalardan 9 xal da qazana bilərik. “Qəbələ” indki məqamda çox ciddi komandadır".

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq