“Rəqib ilk dəqiqələrdə sürətli hücumlar qurdu, qol imkanları yaratdı. Biz isə pis çıxış etdik. İlk hissənin ortalarında oyunumuzu tapdıq”.
Qol.Az-ın məlumatına görə, bu sözləri Dortmund “Borussiya”sının baş məşqçisi Tomas Tuhel Avropa Liqasını qrup mərhələsində ”Qəbələ” ilə oyundan (3:1) sonra keçirdiyi mətbuat konfransında deyib.
- Qalib gəlməyinizə baxmayaraq heç gülümsəmirsiz. Əvvəlcədən qələbə qazanacağınıza əmin idiniz?
- Bəli, biz əmin idik ki, qalib gələcəyik. Qrupdakı yerimizi qorumalıydıq. Düzdür, “Qəbələ” ilk dəqiqələrdən qapımız qarşısında təhlükələr yaratdı, ancaq sonradan tam üstünlüyü ələ aldıq.
- İlk dəqiqələrdə “Qəbələ” qol vursaydı, nəticə necə olardı?
- Təbii ki, rəqib əlinə düşən imkanlardan yararlansaydı, bizə çətin olacaqdı. Bu cür oyunlarda ilk qolu vurmaq böyük önəm kəsb edir. Oyunun taleyini həll edən birinci qol oldu. Gördüyünüz kimi, biz hesabı açdıqdan sonra oyunu xeyrimizə dəyişdik.
- Cavab matçında Henrix Mxitaryanın xidmətindən istifadə edəcəksiniz?
- Bəli, meydanda olacaq.
- Bu gün het-trik edən Aubameyanqın çıxışı barədə nə deyə bilərsiz?
- O, ilk hissədə iki, fasilədən sonra bir qol vurdu. Əsas oyunçularımızdan olan Mxitaryan bu görüşdə iştirak etmədi. Amma Aubameyanq bu yoxluğu hiss etdirmədi. Onun üçün neçə qol vurması önəmli deyil, daim çalışır ki, fərqlənsin. Marko Roys da bu gün yaxşı oyun nümayiş etdirdi. Ümumiyyətlə, hücum xəttimiz yaxşı təsir bağışladı.
- “Qəbələ”nin hansı oyunçusunu bəyəndiniz? Bundesliqada oynaya biləcək futbolçu gördünüzmü?
- “Qəbələ”nin cəmi 2-3 oyunun izləmişəm. Buna əsasən heç nə deyə bilmərəm. “Qəbələ” komanda şəklində yaxşı oynayır. Qapıçısı və 10 nömrəli futbolçusunu (Dodo) qeyd edə bilərəm.
Bu gecə "El-Klasiko" var
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?
PSJ azarkeşləri: "Gəlin, matçı boykot edək"
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda 2 medal
"Şəfa" - "Kəpəz" : Heyətlər
Mourinyo: "Sən ağıllısan, mən isə axmaq deyiləm!"
"Bavariya"dan Kompaninin səhhəti ilə bağlı açıqlama
187 ölkə, 1000-ə yaxın oyun – Bakıda tarixi futbol turniri
Çempionlar Liqasının yeni formatını sərt tənqid etdi
“Onun ideyaları məni cəlb etdi” - “Zirə”nin legioneri
Fransada etiraz aksiyalarına görə oyunun vaxtı dəyişdirildi
Ronaldodan maraqlı jest