"Rəqiblərimizin qrupdan çıxmaq şansı daha çoxdur" – Qurban Qurbanov

"Rəqiblərimizin qrupdan çıxmaq şansı daha çoxdur" – Qurban Qurbanov
ÖLKƏ FUTBOLU 22 Oktyabr 2015 / 00:30 7995
-  A +

“Bizi çətin oyunun gözlədiyinin fərqindəyik. Buna baxmayaraq, hər şeyin doğrusunu etməyə çalışacağıq”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasını qrup mərhələsində “Monako” ilə keçiriləcək oyun öncəsi təşkil edilən mətbat konfransında deyib.

Qurbanov qrupdakı şanslarını da dəyərləndirib: “Qrupda 2-ci pillədə qərarlaşmağımıza baxmayaraq, növbəti mərhələyə adlamaq baxımından rəqiblərimiz favoritdi. Hər halda, onların zəngin təcrübəsi belə düşünməyə əsas verir. “Monako” ilə ardıcıl oyunların həlledici olacağını düşünmürəm. Fikrimcə, son tura qədər komandalar arasında mübarizə davam edəcək. Ona görə də indidən nəsə söyləmək çətindir. “Monako” sonradan ulduza çevrilən futbolçular yetişdirməklə adından söz etdirə bilib”.

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq