“Qəbələ”yə qalib gəlmək çox çətindir” – Tomas Tuhel

“Qəbələ”yə qalib gəlmək çox çətindir” – Tomas Tuhel
ÖLKƏ FUTBOLU 21 Oktyabr 2015 / 21:14 5395
-  A +

“Qəbələ”ni təhlil etmişik. Rəqibimiz çox güclüdür. Onların “Krasnodar”la oyununu izləmişik. Qələbəyə layiq idilər. “Qəbələ”ni məğlub etmək çox çətindir”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Dortmund “Borussiya”sının baş məşqçisi Tomas Tuhel Avropa Liqasının qrup mərhələsində “Qəbələ” ilə keçiriləcək oyun öncəsi təşkil etdiyi mətbuat konfransında deyib.

-Şmeldser sabahkı oyun hazırdırmı?

- Buna sabah qərar verəcəyik.

- Sabah bu vaxtı matçın təxminən 50-ci dəqiqəsi olacaq. Bəs indi necə, həyəcanlısnızmı?

- Bəli, rəqibdən asılı olmayaraq həyəcan olur. Rəqibə böyük hörmətimiz var. Biz özümüzə inanırıq. Qarşımıza müəyyən tapşırıq qoyulub. 4-4-2 taktiki sxemi ilə oynamağı düşünürük. Qələbə qazanmaq istəyirik. Ancaq bu, çox çətin olacaq.

- Mxitaryan məlum səbəblərə görə Bakıya gəlmədi. Bu, oyununuza necə təsir edəcək?

- Təəssüflər olsun ki, sabahkı oyunda siyasi məsələyə görə, güclü futbolçumuzu itirməli olduq. Mxitaryanın yoxluğu bizim üçün itkidir. Onun yerini  Yonas Hoffmanla doldurmağa çalışacağıq.

- Marko Roysun durumu necədir? Zədədən sonra əvvəki formasını bərpa edə bilib?

- O, tədricən öz formasını bərpa edir. “Maynts”la oyunda penaltidən fərqlənə bilməsə də, daha sonra iki qola imza atdı. 

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq