“Bizim cəmi bir şansımız da olsa, bundan istifadə etməliyik. Ancaq düşünürəm ki, sabahkı oyunda bizim şansımız o qədər də az deyil”.
Qol.Az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsində “Borrusiya” (Dortmund) ilə keçiriləcək oyun öncəsi təşkil olunan mətbuat konfransında deyib.
- Sabah bir qədər ehtiyatlı oyuna üstünlük verəcəyinizi demək olar?
- Müdafiədən oynamaq bizim oyun fəlsəfəmizdə yoxdur. Rəqibin gücünə bələdik. Bununla belə müdafiədə oturmamalıyıq. Uğurlu nəticə qazanmaq istəyiriksə, hücumlarımız çox olmalıdır.
- “Borussiya” ilə oyun öncəsi sizi ən çox nə narahat edir?
- İşimizi elə qururuq ki, bizi heç nə narahat etməsin.Bütün futbolçularıma inanıram. Oyuna psixoliji cəhətfdən də hazırıq. Uşaqlarda və məndə inam var.
- Ölkə çümpionatında “Qəbələ”nin müdafiə xətti çox yaxşı təsir bağışlayır. Ancaq Avroliqada bu o qədər də yaxşı alınmır. Bunun səbəbi nədir?
- Bu iki cəbhəni ayırmaq istəməzdim. Yəqin ki, Avroliqada rəqiblərimiz çox güclü olduğu üçün belə olur. Rəqiblərimiz çox sürətlidir. Buna görə də Avroliqada mübarizə çətin olur. Mənə də maraqlıdır ki, “Borussiya” ilə oyunda komandam necə mübarizə aparacaq.
- Adətən sizi oyunlar zamanı emosional görürük. Sabahkı görüşdə rəqibin “Borussiya” olduğnu nəzərə alsaq, sizi daha sakit görə bilərik?
- 3:0 hesabı ilə irəlidə olsaq, sakit dayana bilərəm. Ancaq indidən bu barədə bir söz deyə bilmərəm.
- Rəqibin 600 çılğın azarkeşi Bakıya gəlib. Onlar bizim azarkeşləri susdurmaq gücündədir. Hansı sözlərlə azarkeşlərimizi stadiona dəvət edə bilərsiniz?
- Komanda ilk növbədə öz oyunu ilə azarkeş toplamalıdır. Nə qədər qələbələrimiz çox olsa, o qədər də azarkeşimiz artacaq. Futbolu azarkeşlər üçün oynayırıq. Bu arenada həmişə azarkeşlər bizə dəstək olub. Sabahkı oyunda göstərəcəkləri dəstəyə görə onlara indidən təşəkkür edirəm.
- Rəqibin adı-sanı sizin işiniziə psioxoliji cəhətdən əlavə çətinlik yaradırmı?
- Xeyr, əksinə belə komandaya qarşı oynayacağımıza görə Allaha təşəkkür edirəm. Mənim üçün sabahkı oyun çox maraqlıdır. Komandamın özünü necə göstərəcəyini səbirsizliklə gözləyirəm.
- Rəqibi analiz edə bilmisiniz?
- Belə komandanı analiz etək çətin deyil. Düzdür, onlar bir yox, bir neçə variant seçə bilir. Bu, onların üstünlüyüdür. Çox sürətli futbolçuları var. Bizi çətinlik gətirəcək amil budur. Nə qədər sürətli olsaq, o qədər yaxşı nəticə qazanacağıq.
- “Borussiya”nın heyətinə elə bir futbolçu varmı ki, ona qarşı daha çox diqqətli olmalısınız?
- (gülür) Rəqibin heyətində 15 belə futbolçu var.
- Ukrayna millisini çalışdıracağınızla bağlı xəbərlər dolaşır.
- Mənim “Qəbələ” ilə müqaviləm var. Başqa şərh vermək istəmirəm. Sadəcə onu deyə bilərəm ki, bu kluba sevgim böyükdür. Gələcəyi yox, bugünkü durumu düşünürəm. Mən sadiq bir insanam. Gələcəkdə nələrin olacağını indidən müzakirə etmək istəmirəm.
- Ardıcıl iki oyun “Borussiya” ilə qarşılaşacaqsınız. Bu iki görüşdən neçə xalla ayrılmaq imkanınız var?
- Biz qətiyyən bu barədə düşünmürük. Oyunların müxtəlif nəticələri ola bilər. Biz rəqibə necə qalib gələcəyimizi fikirləşməliyik.
- Henrix Mxitaryanın Bakıya gəlməməsi sizi sevindirirmi?
- Bu tip suallardan xoşum gəlmir. Biz ilk növbədə özümüzə hörmət etməliyik. Mən Mxitaryanı çox yaxşı tanıyıram. Əgər bu futbolçu bizim ölkəyə gəlsəydi, biz onun sənədinə, milliyətinə yox, oyununa diqqət edəcəkdik. Futbolu siyasiləşdirmək düzgün deyil.
"Sabah" TNS-ə qarşı
"Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
Mundialın ən çox səyahət edən komandası bəlli oldu
Ronaldonun klubu futbolçuların maaşını ödəyə bilmir
"Neftçi" Xorvatiya klubuna uduzdu
"Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
"Bizə daha çox yeni oyunçu lazımdır"
“İnter”ə bu transferi həyata keçirməyə icazə verilmədi
Argentina FİFA-ya xüsusi müraciət ünvanladı
"Turan Tovuz"un rəqibi bilindi
“Qalatasaray”ın yeni transferi İstanbula yollandı - Video
"Sabah"la matç bu dəfə fərqli olacaq" - TNS-in baş məşqçisi
“Kəpəz"dən bu yayın ilk transferi
Fransa - İspaniya matçından əvvəl bir dəqiqəlik sükut olacaq
"Onları necə məğlub edəcəyimizi bilirik"
"Mançester Yunayted" "Çelsi"nin futbolçusunu transfer etdi
Messi DÇ-də 40 ilin rekordunu təkrarladı
“Qəbələ”də oynayırdı, Kipr klubuna keçdi
Dibala “Roma” ilə müqaviləni yenilədi
Slaven Biliç rəsmən Xorvatiya millisində
Murat Yakın: "Futbol uduzdu"
Belçika millisinin üzvü "Mançester Yunayted"də