Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən “Qəbələ” Peşəkar Futbol Liqasına müraciət edərək, Azərbaycan Premyer Liqasının IV turunda “İnter”ə qarşı keçirəcəyi oyunun vaxtının dəyişdirilməsini istəyib.
Qol.Az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qəbələ”nin avrokubok oyununa daha yaxşı hazırlaşmasına şərait yaradan PFL matçın əvvəlcədən nəzərdə tutulduğu kimi, sentyabrın 13-də deyil, sentyabrın 12-də keçirilməsinə qərar verib.
Qeyd edək ki, Avropa Liqası yarışında iştirak edən klublar cari mövsümdə təqvim oyunlarının vaxtlarını tur çərçivəsində dəyişdirmək hüququna malikdir.
İkardi vətəninə qayıdır?
"Sevilya"dan getdi
Klub ÇL-yə vəsiqə qazansa da, baş məşqçini göndərdi
Kolumbiya millisinin DÇ-2026 üçün yekun heyəti
"Tottenhem" onu hədəfə aldı
Cəlal oynadı, komandası qalib gəldi
PSJ azarkeşlərinə çempionluq paradına icazə verilməyəcək
"Şamaxı" müdafiəçisi ilə yollarını ayırdı
Millinin təxirə salınan matçının yeri və vaxtı bilindi