"Xorvatiyanın adı elə əvvəlcədən oyunun necə keçəcəyindən xəbər verirdi. Amma komandamızda qisas hissi var idi. Xorvatiyadakı acı məğlubiyyət səbəbindən komandamız rəqibə qarşı hirsli idi".
Qol.Az-ın məlumatına görə, bu sözləri milli komandamızın yarımmüdafiəçisi Rəşad Sadiqov "Avro-2016"nın seçmə mərhələsində Xorvatiya ilə keçirilən oyundan (0:0) sonra jurnalistlərə deyib.
Baş məşqçi Robert Prosineçkinin onlardan razı qaldığını bildirən"Qəbələ"nin futbolçusu uğurlu seriyanı davam etdirəcəklərinə, Malta səfərindən qələbə ilə qayıdacaqlarına inandığını söyləyib: "Düşünürəm ki, Xorvatiya kimi komanda ilə heç-heçə pis nəticə deyil. Robert Prosineçki çox yaxşı məşqçidir. Hər oyundan qabaq futbolçulara motivasiya verir. Bizim Avropadakı futbolçulardan zəif olmadığımızı bildirir. Yəqin, pis oynamadıq ki, qarşılaşmadan sonra bizə təşəkkürünü bildirdi. Bu nəticə Malta millisi ilə matçda bizə yaxşı motivasiya verəcək. Artıq üç oyundur qol buraxmadan xal qazanırıq. Bir qələbə qazanıb, iki heç-heçə etmişik. Fikrimcə, belə inamlı təsir bağışlaya bilsək, Malta səfərindən qələbə ilə qayıdacağıq".
Rəşad Sadiqov matçdan sonra paltardəyişmə otağında AFFA prezidenti Rövnəq Abdullayevin futbolçularla görüşündən də danışıb: “Rövnəq Abdullayev bizi təbrik etdi. Qisasımızı tam ala bilməsək də, ürəyindən tikan çıxdığını bildirdi. O da çox sevincli idi. Futbolçulara verəcəyi mükafatın məbləğini hələ açıqlamadı. Çünki iki gün sonra oyunumuz var. Bizim işimiz futbol oynamaqdır. Nə olacaq bilmirik".
30 il sonra...
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu
Rəşad Sadıqovla 250-ci oyun
Kubokda hakim təyinatları açıqlandı
Azərbaycan boksçusu Avropa çempionu oldu