"Bir xal qazanmağa layiq idik" – Əfran İsmayılov

"Bir xal qazanmağa layiq idik" – Əfran İsmayılov
GÜNDƏM 4 Sentyabr 2015 / 03:47 6526
-  A +

"Çətin matç idi. Baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirmək üçün meydanda bacardığımızı etdik".

Qol.Az-ın məlumatına görə, bu sözləri millimizin futbolçusu Əfran İsmayılov "Avro-2016"nın seçmə mərhələsində Xorvatiya ilə 0:0 bərabərə qaldıqları görüşdən sonra deyib.
 
Ə.İsmayılov komandasının bir xal qazanmağa layiq olduğunu bildirib: "Tez-tez hücuma qoşulmağım baş məşqçinin tapşırığı idi. O, mənə tapşırmışdı ki, topla rəqibin müdafiəsinin üstünə gedim. Əlimizdən gələni etdik və layiqli bir xal qazandıq. Artıq bütün diqqətimizi Malta ilə oyuna yönəltməliyik. Hələ iki gün vaxtımız var. İnanıram ki, gücümüzü toplayıb, Malta ilə səfər matçından da xalla ayrılacağıq". 

Qeyd edək ki, Xorvatiya ilə oyundan 0:0 bərabərliklə ayrılan millimiz sentyabrın 6-da səfərdə Maltanın qonağı olacaq.

Daha çox


Son xəbərlər
28.07.25  13:48

"Kəpəz"də ayrılıq

28.07.25  11:57

İlin azarkeş rekordu