Yunis Hüseynov: "Oyunun ağır keçəcəyini bilirdik"

Yunis Hüseynov: "Oyunun ağır keçəcəyini bilirdik"
GÜNDƏM 22 Avqust 2015 / 23:27 5417
-  A +

"Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının 3-cü turunda "Rəvan"la 1:1 hesabı ilə bərabərə qaldıqları oyunu şərh edib.

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, o, qarşılaşma haqda bunları deyib:

"Matçın ağır keçəcəyini bilirdik. Yaxşı hazırlaşmışdıq, 3 xal qazanmaq istəyirdik. İkinci hissə başlayan kimi qırmızı vərəqə aldıq. Bütün bunlara baxmayaraq, gənc futbolçular toparlanıb, 1 xal qazandılar. Qarşıda ağır oyunlarımız var. Həmin qarşılaşmalara hazırlaşacağıq”.

Daha çox


Son xəbərlər
21.01.26  17:30

“Roma”da ayrılıq

21.01.26  14:47

"Jirona" güclənir