Xorvatiyalı azarkeşlərin Azərbaycana gəlməsinə qadağa

Xorvatiyalı azarkeşlərin Azərbaycana gəlməsinə qadağa
GÜNDƏM 22 Avqust 2015 / 10:56 6851
-  A +

Xorvatiya Futbol Federasiyası (XFF) yerli azarkeşlərə "Avro-2016"nın seçmə mərhələsində Azərbaycan, Norveç və Malta ilə səfər oyunlarına getmək qadağası qoyub.

Qol.Az-ın xəbərinə görə, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, azarkeşlərin irqçi hərəkətlərinin qarşısını almaq üçün bu qərar verilib.

Qeyd edək ki,  bundan əvvəl "Avro-2016"nın seçmə mərhələsində Splitdə keçirilən Xorvatiya - İtaliya oyununda (1:1) meydançanın qazonuna faşizm simvolu olan qamalı xaç çəkilib. Bu səbəbdən UEFA Xorvatiya millisinin 1 xalını silib və 100 min avro məbləğində cərimələyib. Qitənin ali futbol qurumu  milliyə iki matç doğma meydanda azarkeşsiz oynama cəzası da verib.
 
Beləliklə, xorvatiyalı futbolçular sentyabrın 3-də və 6-da Azərbaycan və Norveç, oktyabrın 13-də isə Malta ilə oyunlarda azarkeş dəstəyi olmadan oynayacaqlar.

Daha çox


Son xəbərlər