AFFA-nın baş katibi Elxan Məmmədov Avroliqanın pley-off mərhələsinin ilk oyunu çərçivəsində baş tutan “Qəbələ” - “Panatinaikos” matçından sonra müsahibə verib.
- Ardıcıl ikinci, ümumilikdə üçüncü il eyni anda 2 klubumuz Avroliqanın pley-off mərhələsinə adlayıb. Bununla bağlı nə deyə bilərsiz?
- Təbii ki, bu, çox sevindirici haldır. Pley-off mərhələsində oynamaq, bura kimi irəliləmək hər zaman xoşdur. İki komandamız pley-offa yüksəlib. İnanırıq ki, bu dəfə hər iki təmsilçimiz də qrup mərhələsinə vəsiqə qazanacaq.
- Canlı izlədiyiniz “Qəbələ” - “Panatinaikos” matçı ilə bağlı fikiləriniz necədir?
- Çox maraqlı və gərgin oyun oldu. Hər iki komanda qələbə qazana bilərdi. “Qəbələ”nin qol vurmaq üçün şansları oldu. Təəssüflər ki, bundan yararlana bilmədilər. Bir ara açıq futbol getdi. Hər iki komanda hücuma meyl edirdi. Əsas odur ki, təmsilçimiz sona qədər inamlı oyun sərgilədi. İndi qarşıda cavab oyunu var. Ümid edək ki, növbəti matçda “Qəbələ” bizləri sevindirəcək.
- Qarşıda milli komandamızı Avro-2016-nın seçmə mərhələsində Xorvatiya ilə ev, Malta ilə səfər oyunu gözləyir. Bu matçlardan nə gözləyirsiz?
- Biz rəqibin kimliyindən asılı olmayaraq, ev oyununda həmişə qalib gəlmək istəyirik. Bu dəfə də məqsədimiz 3 xal qazanmaqdı. Anlayırıq ki, rəqib güclüdü. Hesabından bu yaxınlarda 1 xal silinməsinə baxmayaraq, Xorvatiya millisi liderdi. Məncə, elə qrupumuzun ən güclüsü də Xorvatiyadır. Bu komandaya qarşı səfər görüşümüz çox uğursuz alınmışdı. Həmin oyunu heç yada salmaq da istəmirəm. İnanıram ki, futbolçularımız bu dəfə sərfəli nəticə qazanacaqlar.
- Bu gün (söhbət dünən olub - red.) milli komandamızın heyəti açıqlandı. Daha əvvəl Robert Prosineçkinin “oyun sistemimə uyğun gəlmir” dediyi Nurlan Novruzovun yığmaya dəvət etməsi maraqla qarşılandı. Siz bu haqda nə düşünürsüz?
- Prosineçkinin bir neçə müsbət cəhəti var. Onlardan biri də gənc, perspketivli oyunçuları daim millinin təlim-məşq toplanışına cəlb etməsidir. O demək deyil ki, dərhal həmin futbolçu meydana çıxacaq. Bu, həm də gənc oyunçu üçün stimuldu. Təcrübəli futbolçularla birgə hazırlıq keçmək gənclər üçün çox faydalıdır.
- Bir neçə gün əvvəl Moldova mətbuatında milli komandamızın noyabrda bu ölkənin yığması ilə yoxlama oyunu keçirəcəyi haqda xəbər yayılıb. Bu xəbər nə dərəcədə doğrudur?
- Bu, düzgün informasiyadır. Artıq qarşı tərəflə razılıq əldə olunub və noyabrın 17-də görüş baş tutacaq.
- Bu mövsümdən etibarən Azərbaycan Premyer Liqasının oyunlarını CBC kanalı yayımlayır. Geridə qalan müddətdə CBC-in fəaliyyətindən razısınızmı?
- Bildiyiniz kimi, oyunlar zamanı minimum 12 kamera ilə çəkiliş aparılır. Bu çox müsbət haldır. Ötən turda 3 oyun azarkeşlərə canlı təqdim olundu. Bunu da xüsusi vurğulamaq olar. Artıq azarkeşlər həftəsonu hər gün futbola baxmaq imkanı qazanıblar. Əvvəllər bunlar yox idi. Həmçinin CBC öhdəlik götürüb ki, azarkeşlərə canlı təqdim olunmayan matçların da gələcəkdə videoyazısı nümayiş olunacaq. Hazırda iş gedir. AFFA və PFL rəhbərliyi mütəmadi olaraq CBC rəsmiləri ilə görüşlər keçirir. Onlar bizə daim işlərin gedişatı ilə bağlı yeni məlumatlar verirlər. CBC-nin idman kanalı nə qədər tez fəaliyyətə başlasa, bir o qədər də yaxşı olar. Qarşıdakı turda da 3 oyunun canlı yayımı nəzərdə tutulub. Oyunların HD formatında çəkilişini də qeyd etmək mümkündür. İnsanlar həmçinin qarşılaşmalara internetdən də baxa bilərlər. Son iclasda CBC nümayəndələri bizə reytinqlə bağlı rəqəmləri göstərdilər. Söyləyə bilərəm ki, çempionata maraq çox böyükdür. Sosial şəbəkələrdə də yayım məsələsi geniş müzakirə olunur. Əksəriyyətin fikri müsbətdir. Bu da futbolumuzun inkişafıdır.
Mənbə: Futbolxeber.az
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı