"Marsel"in yeni baş məşqçisi müəyyənləşdi

"Marsel"in yeni baş məşqçisi müəyyənləşdi
GÜNDƏM 19 Avqust 2015 / 10:32 3024
-  A +

"Marsel"in yeni baş məşqçisi müəyyənləşib.

Qol.Az-ın "BeIN Sports"a istinadən verdiyi məlumata görə, Fransa klubunu bundan sonra Miçel Qonzales çalışdıracaq.

52 yaşlı mütəxəssislə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq. O, yeni vəzifəsində bir müddət öncə istefaya göndərilən Marselo Bielsanı əvəzləyəcək.

Qeyd edək ki, Miçel daha öncə "Qetafe", "Sevilya" və "Olimpiakos" klublarını çalışdırıb.

Daha çox


Son xəbərlər
21.01.26  17:30

“Roma”da ayrılıq

21.01.26  14:47

"Jirona" güclənir