"Komandada hər şey qaydasındadır" – Ailton

"Komandada hər şey qaydasındadır" – Ailton
GÜNDƏM 18 Avqust 2015 / 00:01 3387
-  A +

"Təəssüf ki, oyun başlayan kimi futbolçumuz qırmızı vərəqə aldı. Buna görə də matç ağır keçdi".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin futbolçusu Ferreyra Silva Ailton Premyer Liqanın 2-ci turunda "İnter"ə uduzduqları oyundan (0:1) sonra jurnalistlərə açıqlamasında deyib. 

Braziliyalı futbolçu məğlubiyyətə baxmayaraq komandada hər şeyin qaydasında olduğunu bildirib: "Çalışdıq ki, “İnter”in hücumlarının qarşısını alaq və qol buraxmayaq. Əsasən rəqibi əks hücumlarda məyus etməyə çalışdıq.

Amma rəqib komanda da əlinə düşən imkandan maksimum yararlandı və qol vurdu. Əlimizdən gələni edəcəyik ki, növbəti turlarda xal itirməyək.  Komandamızda hər şey qaydasındadır. Sadəcə oyundan oyuna fərq var. Əsas məqsədimiz hər oyunda qələbə qazanmaqdır".

Daha çox


Son xəbərlər
21.01.26  17:30

“Roma”da ayrılıq

21.01.26  14:47

"Jirona" güclənir